Sosial
Kirayə mənzillərin onlayn satışına az qalmış şəbəkə çökdü - Foto
Xəbər verdiyimiz kimi, bu gün saat 10:00-da Azərbaycanda kirayə mənzillərin satışına başlanılır.
Müraciətlərə dəqiqələr qalsa da, İpoteka və Kredit Zəmanət Fondunun elektron ipoteka səhifəsində problem yaranıb.
İstifadəçilər sistemə ASAN İmza ilə daxil olmağa çalışsa da, sistem çöküb.
Məsələ barədə İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidməti ilə əlaqə saxlasaq da, buna müvəffəq ola bilmədik.
Qeyd edək ki, artıq bununla bağlı çoxsaylı şikayətlər daxil olmaqdadır.
Xatırladaq ki, MİDA-nın həyata keçirdiyi sosial mənzillərin satışı prosesində də analoji problem yaranmış, sistemin çökməsi səbəbindən satış ləğv edilmiş, daha sonra yenidən baş tutmuşdu.(oxu.az)
Daha çox xəbər:
Azərbaycanda kirayə mənzil mexanizmi çərçivəsində ilk müqavilələr rəsmiləşdirilib
Azərbaycanda "Instagram" çökdü
Jurnalistlərin 3-cü binasında mənzillərin verilmə ŞƏRTLƏRİ - AÇIQLAMA
Məhkəmə Rafael Cəbrayılovla bağlı qərar verdi - Evləri əlindən alındı
Güzəştli mənzillərin əvəzləşdirilməsinə məhdudiyyət qoyulub