Şou
Türkiyəli müğənninin Bakı konserti təxirə düşdü
Türkiyəli müğənni Cem Adrianın Bakıda reallaşacaq konsertinin vaxtı koronavirus səbəbi ilə dəyişdirilib.
Axşam.az xəbər verir ki, martın 28-ə nəzərdə tutulan konsert, 29 may tarixinə keçirilib.
Qeyd edək ki, Xalq artistləri Zeynəb Xanlarova, Miri Yusif, Röya Ayxan və “Bu şəhərdə” komandasının da konsertlərinin vaxtı dəyişdirilib.