Mədəniyyət
22:44, 04 mart 2020
35
0

“Bu şəhərdə”nin də konserti koronavirusa görə təxirə düşdü

“Bu şəhərdə”nin də konserti koronavirusa görə təxirə düşdü
"Bu şəhərdə” komandası ənənəsinə sadiq qalaraq bu il də 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı konsert verməyə hazırlaşsa da, konsertləri təxirə salınıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, ölkədə yayılan koronavirusa görə "CanaVar” adlı konsertin tarixi dəyişdirilib.

"Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov Musavat.com-a bildirib ki, konsertin tarixi dəyişdirilib və yaxın saatlarda konsertlə bağlı geniş açıqlama verəcək.

Qeyd edək ki, "Bu şəhərdə” martın 4,5,6,7,8-i Heydər Əliyev Sarayında, 14-ü və 15-i Naxçıvanda, 27-si Xarkovda, 29-u Kiyevdə tamaşaçıların qarşısına çıxacaqdı.
Digər xəbərlər: