Gündəm
BMT-nin baş katibi ölkələri koronavirusla mübarizədə daha fəal olmağa çağırdı
BMT-nin Baş katibi Antonio Quterreş dünya ölkələrinin hökumətlərini koronavirusa qarşı mübarizədə daha fəal olmağa çağırıb.
“RİA Novosti” xəbər verir ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus xəstəliyinin yayılmasını pandemiya kimi qiymətləndirib.
Hazırda dünyanın yüzdən çox ölkəsində təxminən 120 min nəfər koronavirusa yoluxub.
Onlardan dörd mini artıq həyatını itirib.