Dünya
Çinli alimlərdən koronavirusla bağlı hər kəsi maraqlandıran TƏHLİL – BELƏ YAYILIRMIŞ
Bütün dünyada yayılan yeni növ koronavirus qapalı ventilyasiyalı məkanda azı 30 dəqiqə qala və 4,5 metr məsafəyə qədər yayıla bilir. Bu isə dünya səhiyyə orqanlarının tövsiyə etdiyi "təhlükəsiz məsafə”dən (2 metrə qədər) çoxdur.
Yeniavaz.com xəbər verir ki, bu barədə çinli alimlər araşdırma aparıblar.
Məlumata görə, araşdırmanın əsas məqsədi insanlara ictimai nəqliyyatda maska və əlcək taxmağın, əlləri tez-tez yumağın vacibliyini bildirməkdir. Belə ki, epidemioloqlar xəstəliyə yoluxmuş çinlinin maskasız mindiyi avtobusda virusun yayılmasını təhlil ediblər. Təhlil zamanı həmin şəxsin salonun müxtəlif yerlərində əyləşmiş 7 sərnişini, o cümlədən ondan 6 sıra uzaqlıqda yerləşən və ya 4,5 metr məsafədə olan cütlüyü yoluxdurduğu məlum olub. Bundan əlavə, virus təyinat nöqtəsinə çatdıqdan 30 dəqiqə sonra növbəti reysə minən sərnişinə də keçib.
Bundan başqa koronavirusun öskürək və ya asqıraq zamanı tənəffüs yollarından çıxan damcıların düşdüyü səthdə bir neçə gün qala biləcəyi də müəyyən edilib. İnfeksiyanın xarici mühitdə nə qədər qalması isə tempraturdan və materialın növündən asılıdır. Məsələn, 37 dərəcə temperaturda virus iki-üç gün şüşə, parça, metal, plastik maddə və ya kağız səthində aktiv qala bilir.
Daha çox xəbər:
Koronavirusla bağlı ilk məlumat yayan çinli həkim öldü - VİRUSA YOLUXUBMUŞ
Prezidentdən məsuliyyətsiz vətəndaşlara XƏBƏRDARLIQ: “Elə bil məktəb uşaqlarıdır”
BMT xəbərdarlıq etdi: “Maska və əlcək istifadəsi...”
Teymur Rəcəbov koronavirusa görə yarışdan imtina etdi - Bəyanat
Ceyhun İsmayılzadə: “Bütün çətinliklərə baxmayaraq, bizim üçün ən vacib insan həyatıdır” - MÜSAHİBƏ