İqtisadiyyat
Bakıda dollar satışını dayandırdığı bildirilən bankdan açıqlama
Sosial şəbəkədə “Bank of Baku” ASC-nin filiallarında dolların satışına məhdudiyyətin qoyulması ilə bağlı məlumatlar paylaşılır.
Məsələ ilə bağlı Bizimyol.info-nun göndərdiyi informasiya sorğusuna “Bank of Baku” ASC-nin Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gülşən Cumayeva cavab verib.
O, kommersiya bankında dollar satışını dayandırılması və ya limitlə dollar satışını həyata keçirilməsi iddiaları ilə bağlı verdiyi cavabda yayılan məlumatı təkzib edib.
“Müştərilər rahatlıqla gəlib xidmətlərimizdən istifadə edirlər”,-deyə G.Cumayeva bildirib.
Yayılan məlumata görə, Mərkəzi Bakın göstərişinə görə, kommersiya banklarında dollar satışı limitlə həyata keçirilir. 500 dollara qədər vəsait sənədsiz, 500 dollardan arıq məbləği isə şəxsiyyət vəsiqəsi göstərilməklə almaq olar.
Daha çox xəbər:
Azərbaycanın xalis maliyyə öhdəlikləri 250 mln. dollardan çox artıb
İşığa qoyulan limitlə bağlı açıqlama
AİB: Azərbaycanın turizm sektoru koronavirusa görə 10 mln. dollar itirə bilər
Özbəkistan prezidenti tibb işçilərinə 10 min dollardan çox verəcək
“Ziraat Bank Azərbaycan”nın rəhbərliyinə daha bir təyinat olub