Dünya
19:32, 29 mart 2020
47
0

Özbəkistan prezidenti tibb işçilərinə 10 min dollardan çox verəcək

Özbəkistan prezidenti tibb işçilərinə 10 min dollardan çox verəcək
Özbəkistanda indiyə qədər 133 nəfərdə koronavirus aşkarlanıb. Bu adamlardan 11-i tibb bacısıdır.
Bizimyol.info xəbər verir ki, Özbəkistan prezidenti Şavkat Mirziyəyev virusa yoluxan hər tibb bacısına 100 milyon sum (təxminən 10,5 min dollar) kompensasiya veriləcəyini bildirib.

Özbəkistan prezidenti tibb işçilərinə 10 min dollardan çox verəcək
Orta Asiya dövlətinin səhiyyə nazirliyindən bildirirlər ki, pul koronavirusa qarşı mübarizədə iştirak edən tibb və sanitar-epidemioloji xidmətlərin əməkdaşlarına dəstək tədbirləri çərçivəsində veriləcək.

Özbəkistan prezidenti başqa tibb işçilərini də unutmayıb. Virusa yoluxmuş xəstələrlə işləyən həkimlərə 25 milyon sum (2627 dollar), orta ranqlı tibb personalına 15 milyon sum (1576 dollar), kiçik tibb personalına 10 milyon sum (1050 dollar), bu sahədə işləyən digər şəxslərə 5 milyon sum (525 dollar) veriləcək.
Digər xəbərlər: