Dünya
13:05, 27 fevral 2020
26
0

Canan Karataydan koronavirusla bağlı maraqlı məsləhətlər: "Qorxmayın..." - Video

Canan Karataydan koronavirusla bağlı maraqlı məsləhətlər: "Qorxmayın..." - Video
Koronavirusun dəqiq bir müalicə üsulu, vaksini tapılmadığı üçün insanlar özlərini qorumaq məqsədilə mütəxəssislərin tövsiyələrini diqqətlə dinləməkdədirlər. Bu mənada türkiyəli tanınmış həkim Canan Karatayın kəlləpaça tövsiyəsi böyük uğur qazanıb. Həkim “immunitetinizi gücləndirmək və koronavirusdan qorunmaq üçün kəlləpaça yeyin” tövsiyəsini verdikdən sonra xüsusən İstanbulda bu yeməyə tələbat və sifarişlər artıb.

Bizimyol.info xəbər verir ki, Canan Karatay CNN Türkiyə kanalının efirindən çıxışı zamanı koronavirusla bağlı süni ajiotaj yaradıldığını, əslində bu virusun çoxdan var olduğunu, lakin nədənsə indi qabardıldığını qeyd edib.

“Yeni bir şey deyil. İndiyə qədər 6 koronavirus ştampı mövcud idi, bu yeddinci şatmpdır. ABŞ-ın Xəstəliklərə Nəzarət və Önləmə Mərkəzinin (SDC) hesabatına görə 2020-ci ilin 20 yanvarına qədər ABŞ da 15 milyon insan qripdən (influenza virusundan) xəstələnib, bunun 140 mini xəstəxanaya yerləşdirilib, 8 min nəfər ölüb. 3 ay içərisində. Bu niyəsə açıqlanmır , amma koronavirus deyib insanları panikaya salırlar. Ölənlərin çoxu yaşlılardır, xəstəliyi olanlar və 80 yaş üstü insanlardır. Dünyanı bu qədər qorxudacaq olay deyil. Biz əsrlərdir viruslarla birlikdə eyni vücudda yaşayırıq. Onların sayı hüceyrələrimizdən daha çoxdur.

Vücudu zəif olanlar ölürlər. Vücudumuzu gücləndirmək üçün kəlləpaça yeyin, soğan, sarımsaq yeyin, gücünü torpaqdan alan bitkilərə üstünlük verin”,- deyə həkim bildirib.

Canan Karatay qış aylarında təmiz havanın əhəmiyyəti barədə də danışıb.

“Soyuqdan qorxmayın, izdihamın içində çox olmayın, evləri çox havalandırın, evin içindəki toksinlər, zavod tüstüsü ilə kirlənmiş havadan 10 qat daha zərərlidir”.

Həkim həmçinin kristal qaya duzunun əvəzsiz əhəmiyyətindən də danışıb: “Bol su için. Kristal qaya duzundan istifadə edin. Onu suya qatıb için , immunitetinizi gücləndirin. Qaya duzunun içində 84 növ mineral var.Prebiotik və probiotiklərdən istifadə edin.Prebiotiklər səbzələrdədir, qış tərəvəzlərindədir kələm, turp, kərəviz sarımsaq soğan, pencər və prasa əvəzsiz prebiotik mənbəyidir. Həmçinin kənddə hazırlanmış kərə yağı, soyuq sıxılma üsulu ilə hazırlanmış zeytun yağı prebiotik mənbəyidir. Probiotik isə canlı bakteriya deməkdir . Bu ev turşusunda, turşu suyunda, sirkədə , qatıqda süddə olur. Tabletdə canlı bakteri olmur. Sizi aldatmasınlar.Probiotik dərman kimi satılmır, buna kim desə inanmayın. Bunun üçün evdə hazırlanmış təbii fermentli ərzaqdan istifadə edin”.

Digər xəbərlər: