Dünya
Gürcüstanda ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir
Tbilisidə metronun fəaliyyəti mayın 29-da bərpa ediləcək.
Anews.az xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxaria bildirib.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbi ilə Gürcüstanda avtobusların və metronun fəaliyyəti martın 30-da məhdudlaşdırılıb.
Bundan başqa, Baş nazir bildirib ki, Gürcüstanda bütün ticarət mərkəzləri və hər növ mağazaların fəaliyyəti iyunun 1-dən bərpa ediləcək. Onun sözlərinə görə, həmin tarixdən etibarən ölkə ərazisində açıq havada fəaliyyət göstərən restoranların fəaliyyətini bərpa etməsinə də icazə veriləcək.