Dünya
Saakaşvili: "İranla əlaqələri kəsin"
Hakimiyyət İranla aviaəlaqələri dayandırmalıdır.
Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. O, koronavirusun ölkədə yayılmasının qarşısını almaq üçün İran vətəndaşlarının Gürcüstana buraxılmaması gərəkdiyini bildirib.
Saakaşvili bu təklifi edərkən ksenofob olmadığını, bu çağırışı Tiflisdə oğlunun təhsil almasını nəzərə alaraq etdiyini bildirib.
Qeyd edək ki, koronovirus səbəbindən Gürcüstan İrana hava uçuşlarını dayandırıb.(axar.az)