Dünya
İnsan sümüklərindən hörülmüş divar aşkarlandı
Belçikanın Gent şəhərində insan sümüklərindən hörülmüş divar aşkar edilib.
Bu barədə “The Brussels Times” xəbər yayıb.
Bildirilir ki, divarlar, əsasən, insanların bud və ayaq sümüklərindən təşkil olunub, aralarındakı boşluq isə kəllə sümükləri ilə doldurulub.
Qeyd edək ki, qalıqlar “Müqəddəs Bavon” kilsə kompleksində qazıntılar zamanı aşkar edilib. Elm adamlarının fikrincə, qalıqlar XV əsrin ikinci yarısına aiddir, arxeoloqlar isə “sümük divarları”nın XVII-XVIII əsrlərdə tikildiyini ehtimal edirlər.
Mütəxəssislər bildiriblər ki, divarlar kilsə qəbiristanlığında yeni dəfnlər üçün yerlər azad edildiyi zaman inşa olunub. Belə ki, təmizlik işləri zamanı qəbiristanlıqdakı sümükləri atmaq olmazdı, buna görə də skeletlənmiş qalıqlar üçün xüsusi ossuariyalar hazırlanıb.
Alimlər bu tapıntının Belçika üçün unikal olduğunu vurğulayıblar.(oxu.az)
Daha çox xəbər:
İçərişəhərdə təmir və bərpa işləri ilə bağlı son durum
Çimərlikdə qeyri-adi canlının cəsədi tapıldı – Fotolar
Karantin zamanı insanlara bu vitamin daha çox lazımdır
Alimlər şam yeməyinin səhhət üçün hansı problemlər yaratdığını müəyyənləşdirdilər
Nəriman Nərimanov rayonu Əliyar Əliyev küçəsi əsaslı şəkildə yenidən qurulub