Hadisə
14:12, 14 fevral 2020
34
0

Rusiyada azərbaycanlı azyaşlı övladlarına təcavüz etdi

Rusiyada azərbaycanlı azyaşlı övladlarına təcavüz etdi
Rusiyanın Beryezovski vilayətində azərbaycanlı kişi öz uşaqlarına təcavüz edib.

Tagilsity.ru-nun yaydığı xəbərə görə, 33 yaşlı Azərbaycan vətəndaşı rus qadınla rəsmi nikahda olub.

Onların bu nikahdan iki oğlan və bir qız övladları doğulub. Azyaşlılar analarına atalarının onlara təcavüz etdiyini deyiblər.

Qadının dediyinə görə, bu barədə eşidənə qədər belə bir şeyin olacağını ağlına belə gətirməyib.

İstintaq komitəsi faktla bağlı (14 yaşına çatmamış şəxslərə qarşı seksual xarakterli təcavüz) cinayət işi açıb.

Beryezovski şəhər məhkəməsindən azərbaycanlının iki ay müddətinə həbs olunduğunu bildiriblər.
Digər xəbərlər: