Hadisə
21 yaşlı oğlan 8 yaşlı qonşusuna təcavüz etdi və... - Azərbaycanda dəhşət
Ağstafa rayonunda 8 yaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Vahid Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Azyaşlıya zorakılıq
Beş.az publika.az-a istinadən xəbər verir ki, Vahid Babayev həmyerlisi, 2011-ci il təvəllüdlü Səlim Cavadov ilə cinsi əlaqədə olmaq qərarına gəlib.
Bu məqsədlə Vahid Babayev Səlim Cavadovu özünün atası Həmidlə birlikdə yaşadığı fərdi yaşayış evinə aparıb. O, evdə Səlim Cavadovun köməksiz vəziyyətindən istifadə edərək, ona qarşı zorakılıq göstərib.
Cinsi əlaqə
Daha sonra Vahid Babayev Səlim Cavadovun paltarlarını soyundurub. O, daha sonra qeyri-təbii yolla azyaşlı ilə cinsi əlaqədə olub.
Cinsi əlaqədə olan zaman Səlim Cavadov Vahid Babayevin üstündən düşməsini istəyib. Amma Vahid Babayev güc göstərərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İttiham
İstintaq orqanı tərəfindən Vahid Babayevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə ittiham elan edilib.
9 il cəza
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Faiq Mahmudovun sədrliyilə baş tutan prosesdə cinayət işinin detalları araşdırılıb.
Hakim heyəti araşdırma zamanı Vahid Babayevin azyaşlıya qarşı törətdiyi cinayət əməlini tam sübuta yetirib. Məhkəmənin hökmü ilə Vahid Babayevin barəsində 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
Seksual manyak cəzadan niyə narazı qaldı?
Hökmdən narazı qalan Vahid Babayev apelyasiya şikayəti verib. O, şikayətində birinci instansiya məhkəməsi tərəfindən barəsində sərt cəza təyin edildiyini göstərib. Cəzasının yüngülləşdirilməsini xahiş edib.
Vahid Babayevin barəsində toplanan şikayət materialı araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Əlizamin Abdullayevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, apelyasiya şikayəti təmin olunmayıb.
Məhkum hakimdən nə xahiş etdi?
Bu qərardan narazı qalan Vahid Babayev kasasiya şikayəti verib. Onun kasasiya şikayəti Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada araşdırılmağa başlanılıb.
Bu günlərdə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən Vahid Babayev hakimə müraciət edib. O, kasasiya şikayətinə baxılmamasını, geri qaytarılmasını xahiş edib.
Bu səbəbdən hakim heyəti Vahid Babayevin şikayətinin araşdırılmasını dayandırıb. İş baxışdan çıxarılaraq geri qaytarılıb.
Daha çox xəbər:
Qayınanasını yataq otağına salıb zorladı, sonra... - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ
Polis 14 yaşlı qızı dəfələrlə zorladı - Azərbaycanda dəhşətli hadisə
Azərbaycanda dəhşət: Ərdən hamilə arvadına qarşı dəhşətli hərəkət - evə qız gətirdi və dəfələrlə...
Qadın müəllim 10 yaşlı şagirdi ilə intim münasibətdə oldu - 1 ildir ki, sevgiliymişlər - FOTO
On il əmisi arvadı ilə intim əlaqədə olan gənc hamamda... – Bakıda görünməmiş olay