Təhsil
17:12, 13 fevral 2020
42
0

Müəllimdən Təhsil Nazirliyinə müraciət - "TUTDURUN HAMIMIZI..."

Müəllimdən Təhsil Nazirliyinə müraciət - "TUTDURUN HAMIMIZI..."
307 saylı məktəbin müəllimi Təhsil Nazirliyinə müraciət edib.

Anews.az xəbər verir ki, bu barədə məktəbin müəllimi Aynurə Abdullayeva sosial şəbəkələrdə məlumat yayıb.

Həmin məlumatda bildirilir ki:

"Təhsil Nazirliyi, tutdurun hamımızı, daha bizi söyməsinlər, bəlkə bu xəcalətdən qurtaraq.

Mövqe qoyun ortaya, müəllimlərin nüfuzunu xilas edin. Seçkilər məktəblərdə təşkil olunsa da, müəllimlər komissiya üzvləri olmasın.

Mən məktəbdə işə başlayandan az maaş səbəbilə ən az iki işlə məşğul olmuşam, dostlarım bilir. Hələ mənlə zarafat edirdilər ki, axşam filan yerdə gözətçi işi var, bəlkə sənə maraqlı olar.

Deməyim odur ki, nə iş görsəm də, özümü müəllim olaraq təqdim etmişəm. İndi utanıram, həm də çox utanıram. Əminəm ki, mənim vəziyyətimdə olan çox müəllim var.

Bizi seçki tamaşasına qatmağa icazə verməyin, özümüz "YOX" deyə bilmirik. Çünki, əziyik, mütiyik, hüquq və vəzifələrimizi hələ anlamamışıq.

Bu ölkədə müəllimdən tələb olunan məsuliyyət, hesabatlılıq məmur və deputatlardan tələb olunsaydı indi normal şərtlərlə həyatımıza davam edirdik.

Müəllimin nüfuzu Təhsil Nazirliyinin nüfuzudur. Bu işlər sosial çarx çəkməklə, ixtisası seçənlərə təqaüd verməklə olmur. Müəllimi seçkidən uzaq tutun."
Digər xəbərlər: