Cəmiyyət
“Hicran Hüseynovanı zorla deputat etdilər”
“41 saylı Sumqayıt birinci seçki dairəsinin nəticələri ləğv edilməlidir.
Hicran Hüseynovaya səslərin necə verildiyini bilirik. Karusel və məcburi qaydada. Yetmədi başqa namizədlərdən bülleten oğurlayıb Hicran hüseynovaya əlavə ediblər. Bunu dünənki videoda sübut etdim”.
Bizimyol.info xəbər verir ki, bu fikirləri deputatlığa namizədliyini vermiş həkim Vasif İsmayıl səsləndirib
“Bu da yetmədi, Hicran Hüseynova xeyrinə kənardan bülleten gətirib hamının gözü qabağında həyasızcasına ortalığa atıb yenə də həyasızcasına bir də sayırlar. Lap komediyadır. Məntəqəyə verilmiş bülleten sayından 50 bülleten artıq çıxır. Deməli kimlərsə məntəqəyə 50 bülleten artıq soxub. əlbəttəki qeyri-qanuni şəkildə”.
Vasif İsmayıl məntəqə seçki dairəsinin nəticələrinin ləğv edilməli olduğunu vurğulayıb.O məsələ ilə bağlı MSK-ya şikayət edəcəyini bildirib. Öz növbəsində MSK social şəbəkələrdə seçkilərlə bağlı yayılmış bütün materialların araşdırılacağını bildirib.Xatırladaq ki, seçkilər başlamazdan bir neçə gün öncə social şəbəkələrdə kimlərin adının qaliblər siyahısında olacağına dair siyahı dərc edilmişdi və o siyahıda Hicran Hüseynovanın da adı var idi. Seçkilərdən çox öncə, hələ namizədlərin siyahısı dərc olunmazdan öncə isə yenə social şəbəkələrdə Bahar Muradova ilə Hicran Hüseynovanın yerlərinin dəyişdiriləcəyinə dair məlumatlar yer almışdı. Görünən odur ki, social şəbəkələrdəki proqnozlar özlərini doğruldur.
Daha çox xəbər:
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Deputatlığa namizəd Əbil Məmmədov Məzahir Pənahova müraciət etdi
Ümumilikdə neçə məntəqənin nəticəsi ləğv olunub? - MSK-dan AÇIQLAMA
Bu gün MSK daha bir neçə müraciətə baxacaq
İqbal Məmmədov vaxtından əvvəl sevinib - Lerikdə seçkinin nəticələri ləğv ediləcək