Cəmiyyət
13:05, 12 fevral 2020
42
0

Polis onların vəziyyəti ilə bağlı açıqlama yaydı

Polis onların vəziyyəti ilə bağlı açıqlama yaydı
Dünən Mərkəzi Seçki Komissiyasının qarşısında deputatlığa namizədlərin etiraz aksiyasında bir nəfərə polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı yayılan məlumata rəsmi münasibət bildirilib.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ərzulla Buludlunun və Rəbiyyə Məmmədovanın xəsarət alması ilə bağlı deyilənlər əsasızdır: "Polisin təşəbbüsü ilə hər iki şəxs müvafiq həkim müayinəsindən keçirilib, onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb”.
Digər xəbərlər: