Dünya
12:56, 08 fevral 2020
42
0

Tramp ona qarşı ifadə verənləri işdən çıxardı

Tramp ona qarşı ifadə verənləri işdən çıxardı
ABŞ prezidenti Donald Tramp impiçmenti proseduru çərçivəsində Konqresin Nümayəndələr Palatasında ona qarşı ifadə vermiş Birləşmiş Ştatların Avropa İttifaqı yanında daimi nümayəndəsi Qordon Sondladı vəzifəsindən azad edib.
Bu barədə “The Washington Post” məlumat yayıb.

“Prezident Qordon Sondlandı vəzifəsindən azad edib. O, (impiçment prosedurunda-red) vəzifəsindən çıxarılan ikinci şahiddir”, - nəşr qeyd edib.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidentinə qarşı ifadə vermiş Milli Təhlükəsizlik Şurasının polkovnik-leytenantı Aleksander Vindman da vəzifəsindən kənarlaşdırılıb. Vindmanla yanaşı, onun əkiz qardaşı, şurada hüquqşünas işləyən Yegveni Vindman da işdən çıxarılıb.

Ağ Ev hələ bununla bağlı rəsmi məlumat yaymayıb.(report)
Digər xəbərlər: