Dünya
13:35, 12 iyun 2020
50
0

Bəşər Əsəd Suriyanın baş nazirini vəzifəsindən azad edib

Bəşər Əsəd Suriyanın baş nazirini vəzifəsindən azad edib
Suriya Ərəb Respublikasının rəhbəri Bəşər Əsəd ölkənin baş naziri İmad Hamisi vəzifəsindən azad edib.

REN TV xəbər verir ki, bu barədə Suriya prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

“Prezident Əsəd 2020-ci il ərzində 143-cü fərmanı ilə Nazirlər Kabinetinin başçısı İmad Muhəmməd Hamisi vəzifəsindən azad edib”, - deyə məlumatda bildirilir.

Qərarın səbəbi açıqlanmayıb.

İmad Hamis 2016-cı ilin iyun ayından hökumətə başçılıq edirdi.
Digər xəbərlər: