Dünya
Gürcüstan müxalifətindən aksiya ilə bağlı yeni qərar
Gürcüstanın müxalifət partiyalarının bu gün Tbilisidə, parlamentin binası qarşısına təyin etdikləri etiraz aksiyası təxirə salınıb.
Buna səbəb ötən axşam Kutaisi şəhəri yaxınlığındakı Bağdati kəndində yaşayış evində baş verən yanğında dördü uşaq olmaqla altı nəfərin ölməsidir.
Müxalif Yeni Gürcüstan Partiyasının lideri Giorgi Vaşadze bildirib ki, aksiya faciəvi hadisə zamanı həyatlarını itirənlərin xatirəsinə ehtiram olaraq keçirilməyəcək.
Qeyd edək ki, qonşu ölkənin parlamentində bu gün yaz sessiyası açılacaq. Müxalifət partiyaları demokratik seçki sistemi tələbi ilə bu gündən qanunverici orqanın binası qarşısında etiraz aksiyalarını bərpa etməyi planlaşdırırdı.(report)
Daha çox xəbər:
Etiraz aksiyasında xəsarət alanlarla bağlı məlumatlara polisdən reaksiya
Tələbələr Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır - VİDEO
Etiraz aksiyası: "EuroHome"da mağazaları yanan sahibkarlar yolu bağladılar - Video
Azərbaycanda bu məktəbin şagirdləri etiraz aksiyası keçirdi - VİDEO
Gürcüstanın baş naziri: “Dondurulmuş” münaqişə mövcud deyil”