Dünya
İraqda insanlıq dramı: 556 nəfər bu səbəbdən öldürüldü
İraqda 25 oktyabr 2019-cu ildən bəri işsizlik, korrupsiya və ictimai sektordakı çatışmazlıqlar səbəbilə hökumətə qarşı baş qaldıran etiraz aksiyalarında 556 nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə İraq Ali Müstəqil İnsan Haqları Komissarlığının üzvü Əli Bayatlının ofisindən informasiya yayılıb.
Beynəlxalq Amnistiya Təşkilatının sənədlərində və Prezident Bəhram Salehin açıqlamalarında ölkədəki etiraz aksiyalarındakı insident zamanı 600-dən çox insanın öldüyü bildirilmişdi.
Qeyd edək ki, aksiyalar Baş nazir Adil Əbdülmehdi hökumətinin istefasına da səbəb olmuşdu.
Daha çox xəbər:
İranda DƏHŞƏT: 143 nəfəri belə öldürdülər
Azərbaycanda bir gündə 5 nəfər bu səbəbdən öldü - DAHA 17 YARALI VAR
“Sarı jiletlilər” əl çəkmir - 30 nəfər saxlanıldı, polis və jurnalist yaralandı
ŞOK! Bir gecədə 15 nəfər transın başı kəsildi-18+VİDEO
Rəqqasə Fatimənin paylaşımına etiraz - “Müğənnilər ərlərini niyə göstərmir?" - FOTO