Dünya
12:37, 26 noyabr 2019
42
0

İranda DƏHŞƏT: 143 nəfəri belə öldürdülər

İranda DƏHŞƏT: 143 nəfəri belə öldürdülər
İranda benzinin bahalaşmasından sonra baş qaldıran etiraz aksiyalarında ən az 143 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının açıqlamasında yazılıb.
Məlumatda həlak olan şəxslərin, demək olar ki, hamısının odlu silahla vurulduğu, 1 nəfərin gözyaşardıcı qazdan, digər 1 nəfərin isə aldığı zərbədən həyatını itirdiyi bildirilib.

Əlavə olunub ki, ölü sayının daha çox olması ehtimalı qüvvədədir.
Həmçinin, İranın dünyasını dəyişən etirazçıların nəşini ailələrinə təhvil vermədiyi və təhlükəsizlik qüvvələri tərəfindən morqdan çıxarılaraq naməlum istiqamətə aparıldığı qeyd edilib.

ABŞ sanksiyalarının təsiri ilə iqtisadiyyatı sıradan çıxan İran xalqı noyabrın 15-dən etibarən küçə iğtişaşlarına başlayıb.
Digər xəbərlər: