Hadisə
İlkin Süleymanovun polis əmisi oğlu danışdı: "İlkinə görə istefa ərizəmi yazmışam" - VİDEO
Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanov işdən uzaqlaşdırılıb.
Yeniavaz.com xəbər verir ki, M.Süleymanov işdən çıxması ilə bağlı özü ərizə ilə müraciət edib.
M.Süleymanov işdən çıxmasına isə şok səbəb göstərib. "Kanal 13"ə müsahibəsində o bildirib ki, Nərminin qətli ilə bağlı məsələdə ona "polis əməkdaşı kimi hörmət qoyulmadığı üçün" işdən çıxıb.
O, nəinki əmisi oğlunun, özünün də şərləndiyini iddia edib:
"Polis əməkdaşı olmağıma baxmayaraq, mənim özümü də şərləyirdilər. Məhz bu səbəbdən istefa ərizəmi yazıb göndərmişəm. Ərizəmi yazmağıma səbəb İlkinə və mənim özümə olan haqsızlıqdır”.
M.Süleymanov "polis işçisi kimi” hansı müstəsna hüquq istəyib və yaxud niyə bir yerdə işlədiyi kollektivin qəflətən onu və əmisi oğlunu şərləməyə girişməsinin səbəbini isə açıqlamayıb.
Daha çox xəbər:
Öldürülən Nərminin gündəliyi: “Atam məni sevsəydi…”
Nərminin qətlə yetirildiyi kənddə SON VƏZİYYƏT - VİDEO
Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama: "Videoda adı çəkilənlərin ifadələri alınır”
Nərminin qatili barədə ətraflı məlumat açıqlandı: Atasının sinif yoldaşı imiş
Nərmin cinayətində adı çəkilənlərin ifadəsi alınır - Baş Prokurorluq