Siyasət
Nazir: "Sertifikasiya mərhələli şəkildə həyata keçiriləcək"
"Növbəti aylarda müəllimlərin sertifikasiyası ilə bağlı qaydalar təsdiq olunacaq".
Bunu Təhsil naziri Ceyhun Bayramov ötən ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Nazir deyib ki, qaydalar təsdiq edildikdən sonra, 2020-ci ildən etibarən müəllimlərin sertifikasiya proseduruna başlamaq mümkün olacaq: "Burada bir il ərzində sistemdə olan bütün müəllimlərin hamısının sertifikasiyadan keçməsindən söhbət getmir. Proses mərhələli şəkildə həyata keçiriləcək. Əsas məqsəd hərtərəfli qiymətləndirməni aparmaqla hər bir müəllimin fərdi inkişafını təmin etmək və onu stimullaşdırmaqdır".
C.Bayramov qeyd edib ki, müəllimlərin karyera inkişafı və bir sıra digər imtiyazların təqdim edilməsi zamanı sertifikasiyanın nəticələri nəzərə alınacaq: "Sertifikasiya nəticəsində təqdim olunan göstəricilərə çatmayan müəllimlər üçün əlavə imkanlar yaradılacaq. Onlara həmin səviyyəyələrə çatmaq üçün təkrar olaraq ixtisasartırma təlimlərindən keçmək təklif olunacaq" - deyə nazir əlavə edib.(apa)
Daha çox xəbər:
Misir Mərdanov: "Təkrar edirəm, müəllimlərin maaşı 2000 manat olmalıdır"
Taleh Yüzbəyov müəllimlərin suallarını cavablandırdı - VİDEO
Direktorların qazanc yeri: Vakant yerlər necə gizlədilir?
"Qadın müəllimlərin şəkillərini paylaşıb, onları söydürtmək ayıbdır" - Yeni seçilən deputat
İntihar edən 5-ci sinif şagirdinin atası: "Müəllimlər qızımı təhqir edib, əxlaqsız damğası vurub"