İdman
16:28, 27 yanvar 2020
51
0

“Traktor” azarkeşlərindən Türkiyəyə dəstək - Video

“Traktor” azarkeşlərindən Türkiyəyə dəstək - Video
Türkiyənin Elazığ bölgəsində baş verən zəlzələ və onun qurbanları barəsində yayılan xəbərlər bütün türk dünyasında kədərlə qarşılandı.
Hər tərəfdən Türkiyəyə dəstək mesajları göndərilməkdədir. O cümlədən Azərbaycan da Türkiyənin yanında olduğunu və hər cür kömək göstərməyə hazır olduğunu bəyan etdi. Dünən İranda yaşayan soydaşlarımız da Elazığda yaşayan insanlara dəstək videosu hazırlayıblar .

Bizimyol.info xəbər verir ki, bu barədə

“Türkgün Gazetesi”nin Ankara təmsilçisi Kadir Yıldız məlumat verib. Belə ki, Cənubi Azərbaycanın “Traktor Sazi” komandasının azarkeşləri oyundan öncə Elazığa dəstək üçün şüarlar səsləndiriblər.

“Güney Azerbaycan Türklerinin futbol takımı Tractor Sazi taraftarları Elazığ depremini unutmadı”- deyə Kadir Yıldız paylaşım edib.

Digər xəbərlər: