Cəmiyyət
İlkin Süleymanov özünü təqsirli bilmir - Video
Yanvarın 23-də Sabunçu Rayon Məhkəməsində Nərminin qətlində şübhəli bilinən İlkin Süleymanovun Apelyasiya Məhkəməsi keçirilib.
Sabunçu Rayon Məhkəməsi Tovuz rayon Məhkəməsinin 2 aylıq həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.
Məhkəmə prosesindən çıxan İlkin Süleymanovun vəkili Əlibaba Rzayev “Kanal 13”ün suallarını cavablandırıb:
“Məhkəmə prosesi xeyli davam elədi. Bilirsiniz ki, İlkin 2 maddə ilə təqsirləndirilir. Tovuz rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdi. Müdafiə tərəfi həmin qərarın ləğvi ilə bağlı Apelyasiya şikayəti vermişdi. Bu gün Sabunçu rayon Məhkəməsində həmin apleyasiya şikayətinə baxılırdı. Uzun araşdırma getdi, amma məhkəmə hesab elədi ki, indiki halda həmin qərar dəyişdirilə bilməz. Ona görə də müdafiə tərəfin apelyasiya şikayətini təmin eləmədi”.
– İlkinin vəziyyəti, fiziki durumu necə idi? Çünki qohumları düşünür ki, İlkinə işgəncələr verilib, ona görə də o, cinayəti etiraf edib.
“İlkinin sağlamlıq durumu heç də yaxşı deyil. Çünki məhkəmə prosesindən əvvəl xahiş elədik ki, 10-15 dəqiqəlik bizə görüş imkanı yaradılsın və məhkəmə bizə o imkanı yaratdı. Onunla söhbət elədik, sağlamlıq durumu ilə maraqlandıq. Bədənində xeyli xəsarətlər var idi. Özü də həmin xəsarətləri bir-bir göstərdi. Həmin xəsarətləri ona hansı şəraitdə yetiriblər, bu barədə də məlumat verdi. Orda prokuror iştirak edirdi, məhkəmədə hakimlər də bunu eşidirdi. Məhkəmə araşdırması boyunca məsələ yenidən gündəmə gəldi. Eyni zamanda biz vəsatətlə çıxış elədik ki, istintaq dövründə bu məsələlər və digər pozuntuların araşdırılması ilə bağlı qərar çıxarılsın və Baş prokurorluğa göndərilsin ki, araşdırmalar bu istiqamətdə getsin”.
– İlkin bildirib ki, işgəncələr altında cinayəti boynuna alıb.
“İlkin deyir ki, mən bu cinayəti tğrətməmişəm. Amma suallar verilir ki, bəs cinayəti törətməmisənsə, onda sənin ifadən, etirafların var. İlkin də nəyə görə elə etirafedici ifadələr verdiyini bildirdi. Əslində “belə bir hadisə baş verməyib və mən məcbur oldum ki, özümdən belə bir ssenari düzəldim və deməli bu ssenari də əvvəlcədən ,bütövlükdə uydurduğu ssenari deyildi. Hər hansı sual verdikdə, o suala necə uyğun gələ bilər deyə bu formada bir ssenari uydurduğunu bildirdi. Çalışıb ki, növbəti suala uyğun ardıcıllıqla bir ssenari uydursun. Yəni qabaqcadan və başdan ayağa qədər uydurulmuş bir ssenari deyildi. Amma deyib ki, bu bir ssenaridi və mən bu hadisəni törətməmişəm”.
– İlkinə nə kimi işgəncələr verilib?
– İlkinin bildirdiyinə görə, ona çox ağır işgəncələr verilib. Çox detalları ilə danışmayıb, amma ümumi şəkildə danışdı ki, ayağına döyüblər, hətta elektrik cərəyanından da istifadə olunub. Yəni deməsinə görə, dözülməz işgəncələr veriblər.
Məhkəmə araşdırma üçün kifayət qədər imkan yaratdı. Bizə də öz mövqeyimizi ətraflı şəkildə ifadə edə bilməyimiz üçün şərait yaradıldı, suallarımızı verdik. Məhkəmə özü də kifayət qədər araşdırdı. Amma biz hesab elədik ki, məhkəmənin qərarı qanun əsaslı qərar deyil. Əslində bizim apelyasiya şikayətimiz təmin olunmalı idi. Çünki həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə yetərli sübutlar təqdim olunmamışdı”.
– Ailəsi ilə əlaqə saxlaya bilməsi, görüşməsi, telefonla zəng etməsi üçün İlkinə qarşı hər hansı məhdudiyyət varmı?
– Mən soruşdum ki, sən buna cəhd göstərmisən? Bildirdi ki, xüsusi cəhd göstərməmişəm. Ona izah etdim ki, harda saxlanmağın barədə telefonla zəng edib məlumat vermək hüququn var idi, eyni zamanda həftədə ən azı 2 dəfə telefonla danışmaq hüququn var. Soruşdum ki, sən buna cəhd göstərmisən? Bildirdi ki, “xeyr, cəhd etməmişəm”. Başa saldım ki, sən bu imkanlardan istifadə edə bilərsən, əlaqələr qura bilərsən.
İlkin özünü günahkar hesab eləmir. İlkin açıq şəkildə bildirir ki, hadisəni mən törətməmişəm”. (konkret.az)
Daha çox xəbər:
Nərminin nənəsindən gözlənilməz etiraf: "Qızım və kürəkənimdə də günah var"
İlkin Süleymanovun polis əmisi oğlu danışdı: "İlkinə görə istefa ərizəmi yazmışam" - VİDEO
Çovdarovun kasasiya şikayəti üzrə proses təxirə salınıb
Masallıda 16 yaşlı gəlini öldürən şəxs həbs edildi — SON DƏQİQƏ
74 yaşlı anasını döyərək öldürən oğulun şikayəti təmin edilmədi — MƏHKƏMƏ