Cəmiyyət
12:10, 16 yanvar 2020
36
0

Məzahir Pənahov: "İndiyədək belə olmayıb, bu, rekord göstəricidir"

Məzahir Pənahov: "İndiyədək belə olmayıb, bu, rekord göstəricidir"
Bakı şəhərində Hilton otelində "Seçkinin mediada işıqlandrılması" mövzusunda informasiya sessiyası keçirilir.

Bizimyol.info xəbər verir ki, Sessiyada Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Herneys, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edəcəklər.

Tədbirdə MSK sədri bildirib ki, dünənki günə qədər 1534 namizəd qeydə alınıb: "İndiyədək belə olmayıb. Bu, rekord göstəricidir. Yaxşı mənada gərginlik var".

O, bu gün keçirilən informasiya sessiyasında çıxışı zamanı onu da qeyd edib ki, əgər hansısa dairələrdə namizədlər öz aralarında razılığa gəlirsə, buna mənfi reaksiya vermək lazım deyil.
Digər xəbərlər: