Şou
Emin Ağalarov: “Jara-2020” beş gün davam edəcək”
Xalq artisti Emin Ağalarov 2020-ci ildə keçirəcək “Jara” beynəlxalq musiqi festivalı ilə bağlı “Instagram” hesabında məlumat paylaşıb.
Bizimyol.info xəbər verir ki, 5-ci il Bakıda düzənlənəcək möhtəşəm festivala xalq artisti xüsusi olaraq hazırlaşır. Emin festivalın ənənəsini pozaraq, dörd gün deyil, gələn il beş gün keçirəcəyini dilə gətirib.
“Jara” musiqi festivalı 29 iyuldan 2 avqust tarixlərində keçiriləcək. Festivalın ilk gününü möhtəşəm konsert proqramı ilə açacağıq. İkinci gün isə Filipp Kirkorovun yaradıcılıq gecəsi keçiriləcək. Orada meqa-ulduzlar çıxış edəcəklər. Festivalın üçüncü günü 90-cı illərin hitləri səslənəcək. Bununla yanaşı Dima Malikovun yaradıcılıq gecəsi olacaq. Avqustun 1-də beynəlxalq musiqi ziyafəti keçiriləcək. Burada dünyanın bir çox yerindən məşhur müğənnilər çıxış edəcək. Sonuncu gün isə festivalın bağlanış gecəsi baş tutacaq. Həmin gecədə çoxlu sayda gənc ifaçıların çıxışı gözlənilir. 2020-ildə “Jara”nın yubileyi, beş yaşı tamam olur. Beş gün keçiriləcək musiqi festivalına artıq hazırlıq işləri başlayıb”.
Qeyd edək ki, “Jara” beynəlxalq musiqi festivalında Rusiya və Azərbaycan şou-biznesinin məşhur pop ulduzlar yer alır.
Daha çox xəbər:
Zülfiyyə Xanbabayeva "Jara"da
Heydər Əliyevin doğum günü ilə əlaqədar Bakıda möhtəşəm konsert olacaq
Xalq artisti dünyasını dəyişdi - FOTOLAR
Emin Ağalarovdan daha bir xeyriyyəçi addım - FOTO
Dahi bəstəkar, Xalq artisti Arif Məlikovla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vida mərasimi başlayıb.