Gündəm
22:26, 27 dekabr 2019
36
0

İsrailin Azərbaycandakı səfirini səfirliyə buraxmadılar- VİDEO

İsrailin Azərbaycandakı səfirini səfirliyə buraxmadılar- VİDEO
İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Corc Dik "ASAN xidmət” mərkəzində işlərini asanlaşdırıb.

Modern.az-ın məlumatına görə, bununla bağlı maraqlı video hazırlanıb və səfirliyin rəsmi facebook səhifəsində xüsusi post paylaşılıb.

Səfir bildirib ki, bu gün böyük gündü:

"Mən etimadnaməmi Azərbaycan Prezidentinə təqdim etdim və artıq rəsmi olaraq səfirəm. Sonra mən işləmək üçün səfirliyə getdim, amma onlar məni içəri buraxmaq istəmədilər. Mənə bildirdilər ki, bu ölkədə kriminal tariximin olmadığını sübut edən sənədi gətirmədən səfirlikdə işə başlaya bilmərəm. Mən nə edəcəyimi bilmirdim və "ASAN” xidmətə gəldim”.

Ona lazım olan sənədi əldə etdiyini bildirən səfir artıq işə başladığını bildirən videonu ictimaləşdirib.

Digər xəbərlər: