Cəmiyyət
Bakı-Sumqayıt yolundan köçürülmə işlərinə başlanıldı - VİDEO
Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri davam edir. Proses çərçivəsində yaşıllığın məhv edilməməsinə xüsusi diqqət yetirilir.
Regiitv.az Xəzər TV-yə istinadən xəbər verir ki, ərazidə köçürmə işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının nəzarəti ilə həyata keçirlir.
Ümumilikdə ərazidən 300-dən çox ağac və 200-dən çox kol köçürüləcək.
Çıxarılan ağaclar isə elə Bakı-Sumqayıt yolunun kənarındakı Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyinə məxsus başqa bir yaşıllıq zolağında yenidən əkilir və onların özünü tutması üçün aqrotexniki qaydada qulluq göstərilir.
Eyni zamanda ərazidə yolun genişləndirilməsi də plana uyğun davam etdirilir və işlər hərəkətə mane olmayacaq şəkildə aparılır.
Qeyd edək ki, genişləndirmə işləri çərçivəsində Xırdalan dairəsinin altındakı tuneldə zolaqların sayının 4-dən 8-ə çatdırılması və yan tərəflərində əlavə köməkçi zollaqların salınması nəzərdə tutulur.
Daha çox xəbər:
Bakının bu hissəsindəki ağaclar köçürüləcək
Biləcəri yolunun bağlanması bəzi marşrutların gecikməsinə səbəb ola bilər
Bakı-Sumqayıt yolunda DƏHŞƏT YAŞANDI: maşın ikiyə bölündü
Bakı-Sumqayıt yolunda qorxunc hadisə - Sürücü görün nələr etdi - VİDEO
Bakı-Sumqayıt elektrik qatarlarında sərnişin sıxlığı problemə çevrilib - Foto