Sosial
16:08, 20 noyabr 2019
49
0

Bakı-Sumqayıt elektrik qatarlarında sərnişin sıxlığı problemə çevrilib - Foto

Bakı-Sumqayıt elektrik qatarlarında sərnişin sıxlığı problemə çevrilib - Foto
Son günlər pik saatlarda Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında sərnişin sıxlığı müşahidə olunur.
Bizimyol.info xəbər verir ki, bu barədə Sumqayıt şəhər sakini Elnur Məmmədli bildirib.

Sərnişinin sözlərinə görə, ayaq üstə durmağa belə yer olmadığından vaqona minməkdə problem yaşanır.

“Son vaxtlar günün pik saatlarında Bakı-Sumqayıt elektrik qatarında sərnişin daşınmasının vəziyyəti acınacaqlı vəziyyətdədir. Vaqonlarda ayaqüstə durmağa belə yer olmadığından vaqona minməkdə də problemlər yaşanır. Üstəlik bu axşam da qatar xeyli müddət gecikdi.”,-deyə sakin bildirib.

Şəhər sakini Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayının artırılmasını və intervalın azaldılmasını təklif edib.
Digər xəbərlər: