Dünya
Modest Kolerov: "Qriboyedovu seçən, sadəcə, axmaqdır"
Dekabrın 2-də Yerevanda nasizm əlaltısı Qareqin Njdenin tərəfdarı “Tseqakron” Partiyasının nümayəndəsi Şaqen Arutyunyan rus diplomat, şair, dramaturq və bəstəkar Aleksandr Qriboyedovun abidəsinə boya töküb.
Bir çox erməni nəşrləri gəncin bu hərəkətini tənqid etsələr də, bununla belə, ona haqq qazandırmağa çalışdı. Guya Qriboyedovun abidəsinə Rusiyanın Armavir bölgəsində Qaregin Njdenin xatirə lövhəsinə münasibətdə eyni hərəkətin edilməsinə cavab olaraq boya tökülüb.
“İnfoteka24” erməni saytı yazır ki, bu növ bir cavab üçün obyekt düzgün seçilməyib – Qriboyedov erməni xalqının dostu olub, məhz onun səyləri nəticəsində ermənilərin ilk repatriasiyası həyata keçirilib və 40 min erməni İrandan “Şərqi Ermənistan”a köçürülüb.
Bəzi Yerevan sakinləri Qriboyedovun abidəsinin təhqir edilməsinin nəticəsinin nə olacağını bilərək abidəni boyadan təmizləməklə vəziyyəti cəld şəkildə düzəltməyə çalışdılar. Bəs bunlar erməni KİV-ə necə düşdü? Onlar sualla çıxış etdilər: Rusiya ictimaiyyəti və hüquq-mühafizə orqanları “erməni nümunəsi”ni (abidənin təmizlənməsi – red.) izləyəcək? Qaregin Njdenin Armavirdəki xatirə lövhəsini bərpa edəcəklər?
Suallar əslində heyrətləndiricidir. Armavirdə nasizm əlaltısının xatirə lövhəsi söküldü, Yerevanda isə ermənilərin əslində dua etməli olduqları rus diplomat və şair Aleksandr Qriboyedovun abidəsi təhqir edildi.
Qeyd etməliyik ki, Qaregin Njde əsl erməni qəhrəmanı olub. O qədər ki, ideologiya ilə sərxoş olan gənc insanlar Qriboyedovun abidəsini təhqir etməyə belə hazırdılar. Kimsə Şaqen Arutyunyanın tövbə edəcəyini düşünürsə, bu böyük səhv olar. O, sadəcə anlamırdı və anlamır ki, hansı abidəni təhqir edib. Əsas odur ki, hansısa rus olsun, vəssalam.
Yeri gəlmişkən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə birbaşa olaraq Qaregin Njdeni vurğulamaqla nasizm tərəfdarlarının qəhrəmanlaşdırılmasının yolverilməzliyi müzakirələrinin başlamasından sonra Ermənistanda “Sasna Çrer” ümumerməni hərəkatının təşəbbüsü ilə nəşr olunan faşist əlaltısını “Oğulların atalara qarşı mübarizəsi” “əsər”inin təqdimatı oldu.
Ermənistanda indi narahatdırlar ki, erməni aktivistin etdikləri Rusiya KİV-də ermənilərə qarşı materialların dərc olunmasına səbəb olacaq.
“Azərbaycanlı jurnalist bu barədə Zaxarovadan soruşacaq ( Rusiya XİN sözçüsü – red.), o isə bunun “vandalizm aktı” olduğunu söyləyəcək. Bəs elə deyil ki? “Realist” informasiya agentliyinin baş redaktoru Rusiya vətəndaşı Sərkis Çaturyan Qaregin Njdeyə qarşı çıxanlarla bağlı mühakimə tələb edə bilər, digərlərinə qarşı yox? Sərkis Çaturyan faşizm əlaltısının xatirə abidəsinin rənglənməsi vandallıq aktı adlandırır, Yerevanda isə Qriboyedovun abidəsi təhqir olunur.
Rusiyalı ictimai xadimi, tarix elmləri namizədi, “Regnum” agentliyinin baş redaktoru Modest Kolerov qeyd edib ki, Qaregin Njde, ehtimal ki, Serj Sərkisyan (Ermənistanın keçmiş prezidenti) və Baş nazir Nikol Paşinyan arasında konsensusun olduğu bir məqamdır.
Məsələ burasındadır ki, Qaraqin Njdenin Ermənistanın milli qəhrəmanı kimi şöhrətlənməsi məhz Respublika Partiyasının hakimiyyəti dövründə başladı. 2016-cı ilin mayında isə Qaregin Njdeyə abidə qoyuldu.
“Paşinyanın Serj Sərkisyanın irsindən uzaqlaşmaq üçün kifayət qədər şansı vardı. Ancaq o, bunu etmədi. İndi siyasi mübarizə məntiqinə əsasən Qaregin Njde adı ətrafında mübarizənin şiddətlənəcəyini gözləməliyik”, - Modest Kolerov bildirib.
Müsahibimizin sözlərinə görə, siyasi nöqteyi nəzərdən Prezident İlham Əliyevin Qaregin Njdeninin təriflənməsini tənqid etmək gedişi uğurlu oldu. Nikol Paşinyan isə Njdenin “ekspromt” müdafiəsindən istifadə etmək istədi. Əgər erməni baş nazir bu məsələyə hazır olsaydı, yaxşı olardı ki, cavab versin, bəlkə də, kontrarqumentlər irəli sürsün. İndi isə şiddətlənmə artmağa davam edəcək.
- Erməni KİV yazır ki, Qriboyedovun abidəsi artıq təmizlənib, indi sıra Rusiyadadır. İrəvanda Qaregin Njdenin Armavirdəki abidəsinin bərpasını gözləyirlər.
- Bu, olmayacaq. Xatirə lövhəsi kilsənin ərazisinə qoyulsa da, faşistlərin və onların yoldaşlarının hərəkətlərini tərifləməyi qadağan edən Rusiyanın mövcud qanunvericiliyinə ziddir.
- Bəs nə üçün təhqir üçün Qriboyedov seçildi?
- Düşünürəm ki, Qriboyedovu seçən, sadəcə, axmaqdır. Çünki Qriboyedov erməni xalqı üçün çox şey edib.(media.az)
Daha çox xəbər: