Hadisə
Azərbaycanda dəhşətli qəza: Toy dəvətnaməsini paylamağa gedən gənci maşın vurub öldürdü
Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, noyabrın 22-də gecə saatlarında Beyləqan rayon Mayak kənd sakini Zeynalov Oruc Abbas oğlunu maşın vurub.
Gənc hadisə yerində ölüb.
Məlumata görə, O.Zeynalov toya hazırlaşırmış. O, dostunun maşınını alaraq, toy dəvətnaməsi paylamağa gedib. Ancaq Milabad kəndi ərazisində avtomobilin mühərriki sönüb, Oruc və maşındakı digər sərnişin maşını itələməyə başlayıblar.
Gecə saatları olduğuna görə, arxadan gələn avtomobil onları görməyib və toya hazırlaşan gənci vurub. Hadisə nəticəsində O.Zeynalov həyatını itirib.
Orucun bu gün toyu olacaqdı. Ancaq dünən onun üç mərasimi keçirilib.