Dünya
19:36, 18 noyabr 2019
41
0

İranda məktəblər BAĞLANDI

İranda məktəblər BAĞLANDI
İranın 8 vilayəti və onun rayonlarında bir çox məktəb yağış, qar və hava çirklənməsi səbəbindən fəaliyyətini dayandırıb.

Trend-in məlumatına görə, İranın bəzi vilayətlərində dərs saatları təxirə salınıb.

İranın Buşehr vilayətində güclü yağışlar, Çahar-Mahal və Bəxtiyari, Mərkəzi, İsfahan, Kohgiluyə və Buyir-Əhməd, Əlborz vilayətlərində qar və şaxta, Xuzistan vilayətində hava çirklənməsi nəticəsində bir sıra məktəblər fəaliyyətini dayandırıb.

İranın Fars vilayətinin Şiraz şəhərinin təlim, təhsil və universitetləri baş idarəsinin rəsmiləri bildiriblər ki, şəhərin bütün məktəb və universitetləri bu gün bağlıdır. Səbəb benzinin bahalaşmasına qarşı keçirilən etirazlarda məktəbli və tələbələrin təhlükəsizliyidir.

Qeyd edək ki, son iki gündə İranda benzinin qiymətinin bahalaşmasına görə dinc etirazlar baş verib. Etirazlar bəzi hallarda iğtişaşla nəticələnib. 15 noyabrda İranda benzinin qiyməti kvota ilə 10 min rialdan (təxminən 0,23 dollar) 15 min riala (təxminən 0,35 dollar), sərbəst şəkildə isə 30 min riala (təxminən 0,71 dollar) qədər bahalaşıb.
Digər xəbərlər: