Sosial
12:50, 10 dekabr 2019
46
0

"Azərişıq" əməkdaşının ölümü ilə bağlı cinayət işi açıldı

"Azərişıq" əməkdaşının ölümü ilə bağlı cinayət işi açıldı
Kürdəmir Elektrik Şəbəkəsinin əməkdaşının ölümü ilə bağlı cinayət işi başlanıb.

Publika.az xəbər verir ki, fakta görə Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xatırladaq ki, dekabrın 8-də Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində kənd sakini, 1968-ci il təvəllüdlü Əhliman Xəlilovu elektrik cərəyanı vuraraq öldürüb.

Məlumata görə, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) daxil olan Kürdəmir Elektrik Şəbəkəsində usta işləmiş Ə.Xəlilov saat 19 radələrində Xırdapay kənd ərazisində beton olan elektrik xəttini təmir edərkən elektrik cərəyanı vurub və Ə.Xəlilov hadisə yerində ölüb.
Digər xəbərlər: