Səhiyyə
Embrionun xəstəliklərə meylini müəyyənləşdirən test hazırlandı
Amerika startapı “Genomic Prediction” embrionun genetik meylinin və zehni qabiliyyətlərinin müəyyən edilməsi üçün “Lifevie” testini hazırlayb.
Şirkət tərəfindən yayılan məlumata əsasən, test süni mayalanma planlaşdıran cütlərə təklif edilir.
“Genomic Prediction” bildirir ki, DNT vasitəsilə embrionun 11 xəstəliyə meylini və uşağın intellektinin aşağı səviyyədə olduğunu müəyyən edə bilər. Test embrionun ana bətninə implantasiyasından əvvəl həyata keçirilir.
Tədqiqat süni mayalanmadan öncə embriondan götürülən bir neçə hüceyrə üzərində aparılır. “Genomic Prediction”embrionun DNT-ni yüz minlərlə genetik mövqedə ölçür. Bundan sonra, mütəxəssislər uşağın həyatının sonrakı mərhələlərində xəstəliyin ehtimalını müəyyən edə biləcək statistika hazırlayırlar.
Startap embrionlar üçün “qiymətləndirmə cədvəli” tərtib edir, bunun da köməyi ilə gələcək valideynlər uşağı seçə bilərlər. Nəticələr diabet, infarkt və beş növ xərçəngə meyli göstərir.
Hələ ki, bu testlərin əsas nəticəsi sağlamlığın proqnozlaşdırılmasıdır. Uşağın gələcək əqli qabiliyyətlərinə gəldikdə isə, şirkət xəbərdarlıq edir ki, yalnız zehni zəifliyi proqnozlaşdıra və IQ-nun 70 baldan aşağı olduğunu müəyyənləşdirə bilər.
Lakin startap heç bir zəmanət də vermir. Hüquqi məsuliyyətdən imtinada bildirilir ki, test “diaqnostik deyil”.
Daha çox xəbər:
Gələcəkdən gəldiyini deyən adamı “yalan detektoruna”na qoşdular, alimləri heyrətləndirdi
Bu qidalar xərçəngə gedən yoldur.
Bu abutriyentlərə şad xəbər - kolleclərə imtahansız qəbul olacaqlar
Uşağın görməsini qorumaq istəyirsinizsə, bu 7 QAYDAYA əməl edin
Heç bir xəstəliyi olmaya-olmaya özünü xəstələndirən insanlar