Səhiyyə
21:28, 29 aprel 2019
146
0

Bu qidalar xərçəngə gedən yoldur.

Bu qidalar xərçəngə gedən yoldur.


Dövrün ən faciəvi xəstəliklərindən, bəlkə, birincisi olan xərçəngin yaranma və inkişaf səbəblərindən biri də düzgün qidalanmamaqdır.

BEŞ.AZ publika.az-a istinadən xəbər verir ki, qida mütəxəssisləri xərçəng xəstəliyinə səbəb ola biləcək 14 qida növü kateqoriyasını açıqlayıb.

Maye və trans yağlar

Maye yağlar uzun müddət təzə qala bildikləri üçün paketlənmiş qidalarda istifadə olunur. Bədəndə xərçəngə səbəb ola biləcək hüceyrələrə ciddi təsiri var.

Ağ un

Ağ un dəyirmanlarda kimyəvi maddə olan xlorla ağardılır. Buna görə də fabrikatlaşmış un xərçəngin səbəblərindən biri sayılır.

Süni şəkər

İnsanların paketləşdirilmiş qidalardan yeyərək kökəlməməsi üçün həmin qidalara əlavə edilən süni şəkər, xüsusilə, aspartam bədəndə toksiki maddəyə çevrilir.

Duzlu qidalar

Duzlu qidalar duz və sirkə ilə sərtləşdirilir. Əlavə olaraq süni rəng də qatılır. Sirkə təkbaşına sağlamlığa xeyirdir. Lakin turşu kimi qidalarda yüksək duz səviyyəsi ilə birləşdikdə sağlamlığa zərər vura bilər.

Konserv

Konservdə sağlamlığa təhlükəli ola biləcək detal fabrik şəraitidir. Bütün aliminium qutularda xərçəngə yol aça bilən BPA var. Pomidor və turşu miqdarı yüksək olan digər qidaları konserv qutusundan yemək təhlükəlidir.

Çips

Çipsin təkibində yüksək səviyyədə sodium və yağla bərabər, bədənin tanıya bilmədiyi süni dadlar, qoruyucu maddələr və qida boyaları var. Yüksək temperaturda qızardılır və arzu olunan xırtıltının əldə edilməsi təmin olunur. Bu, siqaretin bədənə verdiyi zərərlə eyni səviyyədə ölçülür.

Təbii olmayan meyvə və tərəvəzlər

Təbii olmayan məhsullarda atrazin, tiodikarb orqanofosfatlar kimi təhlükəli pestisetlər var. Atrazin insanlarda sonsuzluq kimi ciddi problemlərin yaranmasına səbəb olur. Avropa ölkələrində bu maddənin istifadəsi qanunla qadağan olunub. Təəssüf ki, təbii olmayan meyvə və tərəvəzləri yumaqla ondakı zərərli maddələri yox etmək mümkün deyil.

Yarımfabrikat və hisə verilmiş qırmızı ət

Bu siyahıya hamburger, sosisli sendviç kimi fəstfud yeməkləri daxildir. Lakin ümumi olaraq, hər gün yeyilən qırmızı ətin xərçəng riskini 22% artırdığı araşdırmalarla təsdiq olunub.

Süni yetişdirilmiş balıq

ABŞ-da aparılan araşdırmalara görə, Omeqa3 yağları orqanizmin ehtiyacıdır. Lakin süni şəraitdə yetişdirilən balıqlar kimyəvi, antibiotik qarışdırılmış maddələrlə yemləndiyinə görə onları yeməmək yeməkdən daha faydalıdır.

Geni dəyişdirilmiş qidalar

Amerikada bütün taxıl məhsulları geni dəyişdirilmiş qidalar siyahısında daxildir. Avropa ölkələri isə bu qidalardan artıq imtina edib.

Yüksək fruktozalı qarğıdalı konservi

Sadə şəkildə desək, bu qida xərçəng hüceyrələrinin ən sevdiyi qida növüdür. Xərçəng hüceyrələrinin sürətlə çoxalmasına və böyüməsinə kömək edir. Adətən, rəfinə olunmuş şəkər və paketlənmiş yeməklərin tərkibinə qatılır.

Spirtli içki

Həddən artıq qəbul edilən spirtli içki yemək borusu, qara ciyər, döş, bağırsaq və düz bağırsaq xərçənginin böyüməsində xüsusi rol oynayır.

Popkorn

Mikrodalğalı sobada partladılmış qarğıdalı dənələri nisbətən sağlam çərəzdir. Lakin onu partlatmaq üçün sağlam olmayan metodlardan istifadə etmək risk daşıyır. Mikrodalğalı sobanın içində perflorooktanoik turşu olduğunu bildirən mütəxəssislər bu maddənin orqanizmə daxil olması nəticəsində böyrək, qara ciyər, mədəaltı vəzi, sidik kisəsi və prostat xərçəngi yarana bilər.

İsti İçkilər

Son zamanlarda aparılan araşdırmalar göstərir ki, davamlı olaraq isti içki qəbul etmək yemək borusuna ciddi zərər verir. Buna görə də burada xərçəngin yaranma riski yüksək olur.
Digər xəbərlər: