Dünya
14:50, 05 noyabr 2019
28
0

Dneprdə 2 milyona yaxın balıq tələf oldu

Dneprdə 2 milyona yaxın balıq tələf oldu
Ukraynanın Xerson vilayətinin Qolopristansk rayonunda balıqların kütləvi tələfatı qeydə alınıb.

“Tsn.ua” xəbər verir ki, həmin rayonun sularında 2 milyona yaxın müxtəlif növ balıq tələf olub.

Mütəxəssislərin ilkin ehtimalına görə, hadisəyə səbəb qum hasilatı ola bilər: qum çıxarılan zaman yeraltı qatlardan karbonhidratlarn suya sızması bütün canlılar üçün təhlükə yaradır.

Artıq hava, su və torpaqdan lazımi müayinələr götürülüb.

Balıqların kütləvi tələfatı ilə bağlı cinayət işi açılıb. Suyun mühafizəsi qaydalarını pozan şəxslərə 5 ilədək azadlıqdan məhrumetmə cəzası düşür.
Digər xəbərlər: