Cəmiyyət
18:03, 27 oktyabr 2019
26
0

"Dəfələrlə hamamı təmizləyərkən mənə təcavüz edib, deyib ki, məninmlə yaxınlıq etməsən..."

"Dəfələrlə hamamı təmizləyərkən mənə təcavüz edib, deyib ki, məninmlə yaxınlıq etməsən..."
Qaradag Rayonu Səngəçal qəsəbə sakini, "AZERTRANS LTD" Məhdud Məsuliyyətli Cəmiyyətdə xadimə kimi çalışmış Əhmədova Lalə Əlican qızının iddiasına görə, sözügedən müəssisənin direktoru tərəfindən zorlanıb.

Lalə Əhmədova başına gətirilənləri Moderator.az-ın əməkdaşına danışıb:

- Mən Qaradağ rayonu, Səngəçal qəsəbəsinin sakiniyəm. Bir oğlum var, şikəstdir. Şikəst doğulduğu üçün atası bizi elə doğum evindəcə atıb getdi, dedi, mənə şikəst uşaq lazım deyil. Tək böyütmüşəm, xadimə işləyə-işləyə. Kimsəsiz, tənha qadınam. Ondan başqa balam yoxdur. 20 ildir bağrıma basıb, dövlətdən, hökumətdən bir çöp görmədən böyütmüşəm. Nə də heç kimin qapısını gedib döyməmişəm ki, mənə köməklik edin.

- "AZERTRANS LTD" MMMC-də nə vaxtdan çalışırsınız?

- Səngəçal Neft Terminalının nəzdindəki "AZERTRANS LTD" MMC-də 12 ildir işləmişəm. 2007-ci ildən xadiməlik edirəm. Yeməkxanada da işləmişəm. Amma "bəzi adam”ın istədiyi olmadığı üçün adımı qatil, oğru, cani qoydu, guya ordan ət oğurlamışam. Əgər mühafizə var idisə, mən necə oğurluq edə bilərdim? Özü də əli avtomatlı. Sonra şər-böhtan atdılar mənə ki, guya qadınlara bıçaq çəkmişəm, döşlərimin arasında pensilin şüşəsində yeməklərinə zəhər gətirib qatmışam, qadınların çaylarına kislota ilə zəhər qatmışam və s. Amma hamı sağ-salamatdır, hamı da işləyir. Mən türməni gözə almamışam ki, bir balamı yiyəsiz qoyub gedib türmələrdə oturum.

- Müdürün adı nədir?

- Əslən Ağstafanın Muğanlı kəndindən olan 52 yaşlı Əfəndiyev Dasin Kavı oglu.

- Həmin şəxs tərəfindən zorlandığınızı iddia etmisiniz...

- Bəli, dəfələrlə hamamı təmizləyərkən mənə təcavüz edib. Sinəmə əl atıb. Deyib ki, mənə yaxınlıq verməsən, səni işdən qovacam. İzahatlarım da var. Mənə hədə-qorxu gəlib dəfələrlə.

- Hazırda işləyir həmin müəssisədə?

- Bəli, orda işləyir, müdirdir. Deyirdi, burda mənəm, Bağdadda kor xəlifə. Dədəmin yeridir bura, heç kim mənə bir söz deyə bilməz. Ora dövlətin idarəsidir, şirkət deyil! Özəl sektor deyil. Mən şərləmirəm heç kimi. Olanı deyirəm. Uşağıma çolaq deyirdi, özümü ələ salırdı, namusumu ləkələməyə cəhd göstərirdi.

- Əvvəllər yaxın münasibətiniz olubmu o şəxslə? Bəlkə aranız dəyib deyə, hədələyib sizi?

- İraq olsun, qətiyyən! O kimdir ki?

- Bəs 12 ildir işləmisiniz bir müəssisədə, bu problemlər nə vaxtdan başlayıb?

- Son iki il ərzində. Əxlaqsızlıq təkliflərinə görə verdim onu məhkəməyə. Sübutu, dəlili olmadığı üçün adımı qoydu oğru. Uşağıma görə əmək müfəttişliyinə müraciət etmişdim. Arxayın oldum ki, araşdırma aparılacaq. Gözlədiyimə və uşağımın xəstəliyinə görə gecikməmiz oldu. 382-ci maddədə də var ki, kasıbçılıqla, xəstəliklə əlaqədar nəzərə alına bilər. Bu, qanunumuzda var. Buna baxmayaraq, işimi pul ilə ləğv etdirməyi bacardı.

- Məhkəmə nə zaman bitib və qərarı nə oldu?

- Oktyabrın 18-də bitdi. Qərar necə olacaq sizcə? Pul verdi Dasin müəllim məhkəməni öz xeyrinə uddu. Yatırımı var. Qəsəbəmizdə iki villası, yüz minlik maşınları, oğlanları adalarda yaşayır... Pulunu balta kəsmir. Mənim isə xəstə uşağımdan başqa heç bir var-dövlətim yoxdur. Uçuq bir daxmada qalıram. Heç nə istəmrəm, işimə bərpa olunmaqdan başqa. Birinci Vitse prezidentimiz Mehriban Əliyevaya səslənirəm ki, mənə köməklik etsin. Kimim, kimsəm yoxdur. Balamı saxlayım... Evimdə bir tikə çörəyim yoxdur. Hərə bir şey gətirib verir... Köməklik edirlər...

- Bəs əlil uşağa görə yardım almırsınız?

- Alıram, 200 manat. Amma bu, yetmir bir ayımıza.

- Bəs sosial yardım?

- Xeyr.

- Müraciət etmisiniz?

- Vallah, əlillik kağızı olduğuna görə verməyiblər. İşim olsun, heç kimin heç nəyi lazım deyil mənə. Dövlətimdən işimdən başqa heç nəyi istəmirəm. Bilirsiniz, bizim baş direktorumuzun əslində heç nədən xəbəri yoxdur. Bilmir ki, bu Dasin müəllim burda necə at oynadır. Ona məni pisləyiblər ki, elədir, belədir, səs-küy salır. Bircə namusumu qoruduğuma görə məni uzaqlaşdırdılar.

- Ümumiyyətlə, orda real vəziyyət necədir?

- Əxlaqsızlıq baş alıb gedir. Qadınlar qorxularından heç kim heç nə deyə bilmirlər.

- Başqa qadınlara da sataşıb?

- O qədər saxladıqları var orda, N qədərdir. Kim səs-küy salırsa, mənim kimi, izahatla, işdən qovulma ilə qorxuza-qorxuza, hədələyə-hədələyə qovur işdən. Mən pis olsaydım, niyə yeməkxanada işlədirdilər? Mən pis olsaydım, iqtisadiyyat nazirimiz gələndə gecə saat 7-yə kimi işləmişəm ki, müdirin üzünə söz gəlməsin. Problemimiz yaranmasın, qoy hər bir şeyimiz təmiz olsun. Yəni mən belə işçi olmuşam.
Digər xəbərlər: