Səhiyyə
Permanent makiyaj - Mövcud risklər
Permanent makiyaj heç bir fəsadı olmadan edilən məşhur kosmetik prosedur olaraq bilinir.
Amma onun da tibbi baxımdan, ağırlaşmalara səbəb ola biləcək riskləri mövcuddur. Onları üç qrupa bölmək olar:
Birinci qrup permanent makiyajla birbaşa əlaqəli deyil. Bu, prosedur zamanı cildin zədələnməsi, qanla, bədəndəki mayelərlə təmas bunun nəticəsində infeksiyaya (HİV, hepatit və s.) yoluxma ehtimalıdır.
Sözsüz ki, indi alətlərin əksəriyyəti birdəfəlikdir, amma yenə də infeksiya riskini görməzdən gəlmək olmaz.
Risklərin ikinci qrupu birinciyə bənzəyir. Belə ki, proseduru həyata keçirən ustanın tibbi təhsili yoxdursa, asepsis və antiseptiklərin qaydalarını bilmirsə, qoruyucu maska taxmırsa, tüpürcək belə infeksiya mənbəyinə çevrilə, infeksiya səbəbindən kəskin iltihablı reaksiya baş verə bilər.
Üçüncü qrupa allergik reaksiyalar daxildir. Buna həm prosesdə istifadə edilən hər hansı bir komponent, həm də piqmentlərin özləri səbəb ola bilər. Allergiyalar daha çox döymə və lazer istifadə edilən prosedurlarda özünü göstərir. Belə allergiyalar bəzən bir neçə saat ərzində keçib gedə, bəzən isə daha ağır fəsadlar verə bilər.
Ümumilikdə əksər hallarda permanent olduqca dinc prosedurdur və ağırlaşmalar, mənfi reaksiyalar olduqca az hallarda baş verir. Amma yenə də məsələn, allergiya kimi nəticələri əvvəlcədən müəyyən etmək mümkünsüzdür. Buna görə də diqqətli olmaqda fayda var.
Daha çox xəbər:
Səhiyyə Nazirliyi tibbi maskalardan düzgün istifadə qaydalarını açıqlayıb
Qaydalar yumşalır, təhlükə isə qalır: - “Karantindən sonra bu qaydalara əməl olunmalıdır”
Bakıda koronavirus həyəcanı: Apteklər bu məhsuldan adama bir dənə satır
Qızarmış çörək sevirsiniz? - Dəhşətli xəstəliyə səbəb ola bilər
Bu məhsullar hamı üçün zərərlidir - XƏBƏRDARLIQ