Gündəm
Mikayıl Müşfiqin abidəsi belə aşırıldı — VİDEO
Şair Mikayıl Müşfiqin daha bir abidəsi söküntüyə məruz qalıb.
Regiitv.az xəbər verir ki, tanınmış musiqiçi və pedaqoq Abbasqulu Nəcəfzadənin bu barədə video paylaşıb. Onun sözlərinə görə, söküntüyə məruz qalan abidə Bakının Müşfiqabad qəsəbəsindədir. Paylaşıma şərh yazanlar abidənin bu şəkildə götürülməsinin şairin ruhuna hörmətsizlik olduğunu yazıblar:
"Hətta bu abidəni yenisi ilə əvəz etsələr də, belə olmamalı idi. Bu büstü məktəblərdən birinə hədiyyə etmək olardı".
Sabiq millət vəkili Gülər Əhmədova isə bu hərəkəti "Çobanizm" deyə şərh edib.
Qeyd edək ki, 2017-ci ildə oxşar hadisəyə görə 3 nəfər cəzalandırılmışdı. (Ölkə.Az)