İdman
14:31, 23 sentyabr 2019
83
0

Azərbaycan millisinin oyununa ancaq 14 yaşadək uşaqlar baxa bilər

Azərbaycan millisinin oyununa ancaq 14 yaşadək uşaqlar baxa bilər
Futbol üzrə Azərbaycan millisi Avro-2020-nin seçmə mərhələsinin Macarıstanla səfər oyununu azarkeşsiz keçirə bilər.

Oxu.Az xəbər verir ki, buna səbəb UEFA-nın İntizam Komissiyasının sentyabrın 9-da baş tutmuş Macarıstan – Slovakiya (1:2) oyunu ilə əlaqədar olaraq sanksiyasıdır.

Belə ki, bu matçda hər iki komandanın azarkeşləri bir-birinə qarşı aqressiv davranıb. Daha doğrusu, Slovakiyanın macarlar yaşayan Dunayska Streda şəhərindən gəlmiş azarkeşlərin sonradan Macarıstana azarkeşlik etməsi fanatlar arasında gərginliyin yaranmasına və araya polisin girməsinə səbəb olub.

Nəticədə, UEFA-nın İntizam Komissiyası Macarıstan Futbol Federasiyasını 20 milyon forint (111 870 manat) və Slovakiya Futbol Assosiasiyasını 20 min avro (37 478 manat) cərimələyib. Bundan başqa, hər iki millinin ilk rəsmi ev oyununu azarkeşsiz keçirməsi barədə qərar qəbul edilib.

Lakin tərəflər bundan narazıdır. Belə ki, Slovakiya Futbol Assosiasiyası oktyabrın 10-da Uelslə matçı azarkeşsiz keçirməmək üçün apellyasiya şikayəti verəcək.

Macarıstan Futbol Federasiyası qərarı nəzərə alıb oktyabrın 13-də keçiriləcək Azərbaycan yığması ilə Budapeştdəki oyuna 14 yaşadək uşaqların stadiona gəlməsi üçün UEFA-ya müraciət edib.

Həmçinin, qurum paralel şəkildə təhlükəsizlik orqanlarından idman forması ilə stadiona gəlməyəcək bu azarkeşlərin təhlükəsizliyinin təmin olunmasını xahiş edib.
Digər xəbərlər: