İdman
12:53, 28 yanvar 2020
40
0

Mafiyanın maliyyələşdirdiyi futbol klubları - Fotolar

Mafiyanın maliyyələşdirdiyi futbol klubları - Fotolar
Futbol klublarına böyük şirkətlərin sponsorluğuna alışmışıq. Amma mafiya da bu işdə az imza qoymayıb.
Bizimyol.info xəbər verir ki, zamanla bir çox futbol klublarını mafiya maliyyələşdirib. Tarixə göz atmaq kifayətdir.

Mafiya deyəndə hamıdan, hər şeydən əvvəl Pablo Eskobar yada düşür. Kolumbiyalı narkobaron doğma şəhərinin “Atletiko Nasyonal” klubuna çoxlu pul xərcləmişdi. Amma Eskobarın məqsədi həm də çirkli pulları silmək idi. Sonradan proses başqa mərhələyə qədəm qoydu. Eskobar gerçək uğur görmək qərarına gəldi. “Atletiko Nasyonal”ın rəqiblərinin sponsorları dünya ulduzlarını alırdı. Narkobaron da belə davranmağa başladı. Məşhur qapıçı Rene İgitanın sayəsində Libertadores Kuboku qazanıldı. Bunun ardanca başqa dalğa gəldi. Narkokartellər bir-birinin ardınca mübarizənini futbol meydanına daşıdı.

Məşhur meksikalı narkobaron Xoakin Qusman da pul silmək üçün futbolu seçmişdi. “Bəstəboy”un məqsədi ölkə futbolunu inkişaf etdirmək deyildi. Bir müddət ağlına “Çelsi”ni almaq ideyası gəlmişdi. Amma həbsxana həyatı imkan vermədi.

İtaliyanın Siciliya adasının mafiyalarından olan “Koza Nostra” 2006-cı ildə mürəkkəb sxem fikirləşmişdi. “Palermo”nu alıb oyunçu alveri ilə məşğul olmağa başlamışdılar. Mafiya skautların köməyi ilə tanınmayan futbolçular alır, sonra onları əsas komandaya keçirir. Beləcə, qiyməti qaldırırdılar, satış zamanı böyük pul qazanırdılar. Sxem uzun sürmədi. “Palermo” keçən il müflis olduğunu elan etdi.
Digər xəbərlər: