Hadisə
Təyyarə sərnişinləri haqqında vaxtında məlumat verməyən daşıyıcılar cərimələnəcəklər
Azərbaycanın ərazisinə enəcək və ərazini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatları müvafiq icra hakimiyyəti orqanlarına ötürməyən daşıyıcılar cərimələnəcəklər.
Beş.azTrend-ə istinadən bildirir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilir.
Bu dəyişikliklərə əsasən, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə daşıyıcılar Azərbaycanın ərazisinə enəcək və ərazini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların siyahısını biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək elektron formada müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Təqdim olunan qanun layihəsində həmin tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.
Sərnişinlər və ekipaj üzvləri barədə barədə müvafiq icra hakimiyyəti oqranına məlumatların verilməməsinə görə vəzifəli şəxslər 1500 manat, hüquqi şəxslər 3000 manat məbləğində cərimə ediləcəklər.
Daha çox xəbər:
Uşaqlara siqaret təklif edənləri cərimələyəcək orqan müəyyənləşib
Prezident sərəncam imzaladı
Azərbaycanda dəfn QAYDALARI DƏYİŞDİ - Prezident QANUNU TƏSDİQLƏDİ
Yol kənarındakı binaların sakinlərinə şad xəbər - Pulsuz parklanma icazəsi
Bu abutriyentlərə şad xəbər - kolleclərə imtahansız qəbul olacaqlar