Hadisə
İNANILMAZ! Tarlada işləyərkən görün nə TAPDI? - FOTO
Türkiyənin Nevşehir bölgəsinin Acıgöl vilayətinə bağlı tatların qəsəbəsində yeraltı şəhər tapılıb.
Bu barədə həmin bölgədəki tarlada işləyən Bahri Orhan adlı şəxs məlumat verib. O, bölgədə girişi olan oyma qayalara rast gəlib. Hadisə yerinə polis çağırılıb. Polisin araşdırmasından sonra oymanın Tatların yeraltı şəhərindən 2 kilometr şimalda olduğu müəyyən edilib.
Ərazidə aparılan araşdırmadan sonra məkanın içərisində qədim dövrlərə aid emal proseslərinin aparıldığı məlum olub.