Hadisə / Dünya
Yenə miqrant daşıyan qayıq batdı: 60 ölü
Tunis sahillərində miqrantları daşıyan qayıq qəzaya uyğrayıb.
Beş.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 60 qeri-leqal miqrant həlak olub. Ölənlərin əksəriyyəti banqladeşlidir. Qayıq Tunis sahilindən 74 kilometr aralıda, Sfaks liman şəhəri yaxınlığında batıb.
Məlumatı Qırmızı Aypara humanitar təşkilatının Tunis şöbəsinin başçısı Monji Slima tədiqləyib.
Xilas olunan miqrantların sözlərinə görə, onlar 8 saata yaxın soyuq suda qalıb və Tunis balıqçıları tərəfindən xilas ediliblər. Balıqçılar öz növbəsində ölkənin Hərbi Dəniz Qüvvələrinə məlumat veriblər.
Daha çox xəbər:
Yevlaxda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb
Texas sahillərində iki barja və tanker toqquşub, neft sızması baş verib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Yelkənli Qayıq Yarışı keçirilib - FOTO
İtləri xilas etmək istəyən model faciəvi şəkildə öldü
Azərbaycanlı qız yanan təyyarədə ölməkdən möcüzə nəticəsində xilas oldu