Şou
20:29, 24 aprel 2019
86
0

Bayram Nurlu jurnalisti hədələdi — "Utanmaz, bunun danışığına bax"

Bayram Nurlu jurnalisti hədələdi — "Utanmaz, bunun danışığına bax"



Xəzər televiziyasında yayımlanan "Hər şey daxil" verilişində qalmaqallı anlar yaşanıb.
"Ölkə.Az" xəbər verir ki, aparıcı Tarix Əliyevin (Tolik) qonaqlarından biri olan jurnalist Ülviyyə Alovlunun Bayram Nurlu haqqında dediyi sözlər onu özündən çıxarıb.

Belə ki, verilişdə o, açıqlama verərək uzun saçlı kişilərə simpatiyası olduğunu bildirib. Tolik isə nümunə kimi Bayram Nurlunun adını çəkdikdə Alovlu:

"Bayram kişidi bəyəm? " ifadəsini işlədib.

Bu sözlərdən sonra Bayram jurnalistə əsəbləşərək, təhqir olunduğunu bildirib və onu məhkəmə ilə hədələyib.

Ekstrasens "Utanmaz, bunun danışığına bax, heç kəsə icazə vermirəm ki, çıxıb məni təhqir etsin. Kim danışsa, qanuni yollarla hərəkət edəcəyəm. Sən get, Tolikin başına dolan, yoxsa səninlə birbaşa məhkəmədə görüşəcəkdim."- deyə qeyd edib.

Xatırladaq ki, Bayraməli Musayev adlı ekstrasens "Bayram Nurlu" ləqəbi ilə tanınır.
Digər xəbərlər: