Hadisə
21:41, 10 may 2019
60
0

5 yaşlı uşağın ayağı eskalatora ilişdi - Barmaqları qopdu - VİDEO



Türkiyənin İstanbul şəhərində ticarət mərkəzlərindən birində 5 yaşlı uşağın ayağı eskalatora ilişib və iki barmağı qopub.

BEŞ.AZ open.az-a istinadən xəbər verir ki, aprelin 14-də baş verən hadisənin görüntüləri bu gün yayılıb.

4 nəfərlik ailə eskalatordan çıxmaq istəyərkən, kiçik oğlanın ayağı ilişib. Onun sağ ayağının iki barmağı qırılıb.

5 yaşlı uşaq dərhal xəstəxanaya yerləşdirilib. Ancaq barmaqlarını tikmək mümkün olmayıb.

Hadisə ilə istintaq başladılıb.
Digər xəbərlər: