Dünya
23:14, 09 may 2019
139
0

Həkimlər hamiləliklə xərçəngi səhv salıb, qadını kimyaterapiya etd i– FOTO

Həkimlər hamiləliklə xərçəngi səhv salıb, qadını kimyaterapiya etd i– FOTO


Türkiyədə səhiyyə adına biabırçı hadisə baş verib.

35 yaşlı Serpil Baqa adlı qadın 2018-ci ildə ağrılarla xəstəxanaya müraciət edəndə, yumurtalığında şiş aşkar olunaraq əməliyyat olunub.
3 aydan sonra qadın özünü pis hiss edir, yenidən həkimə gələndə onda qonadotropin adlı hormonun normadan çox yüksək çıxması aşkarlanır. Həkimlər buna əsaslanıb, uşaqlıq xərçəngi diaqnoz edərək, əvvəlki yumurtalıqda olan şişdən metastaz verdiyini güman edir.

Müayinə zamanı uşaqlıqda 12 və 19 sm ölçüdə 2 şiş də aşkarlanır. Buna görə xəstəyə kimyaterapiya təyin edilir. Kimyadan sonra əməliyyata alınacaq qadında açılış baş verir və uşaqlıqdan əkiz döl düşür.

Məlum olur ki, həkimlərin şiş bildiyi əkiz döl imiş. Onu müalicə edən həkim qadının hamilə olacağını güman etməyərək, onu onkoloji xəstə kimi müalicə edib.
Pasiyent əmindir ki, açılışa səbəb kimyaterapiya olub. Qadın və əri hesab edir ki, həkim səhvi ucbatından başlarına gələn bu hadisəyə görə xəstəxana və həkimlər cavab verməlidir.

Ona görə onlar məhkəməyə müraciət edib.

Qeyd edək ki, tibbdə uşaqlıq və yumurtalıq xərçənginin hamiləliklə səhv salınması halları ilk dəfə deyil
Digər xəbərlər: