Cəmiyyət
"Ulu Öndər Heydər Əliyev İrsin qorumaq lazımdır"-Şəhriyar Laçınov

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.
Kollecin direktoru Şəhriyar Laçınov çıxışında Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanı SSRİ məkanında qabaqcıl respublikalar sırasına çıxardığını vurğulayıb. Bildirib ki, Ulu Öndərin 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edib. Direktor qeyd edib ki, Ulu Öndərin müəllifi olduğu, 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın Konstitusiyasında da Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunub. Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində Azərbaycan mühüm tarixi nailiyyətlərə imza atıb, möhtəşəm Zəfər qazanıb.Sonra gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsində Sosial-İqtisadi Kolleci layiqincə təmsil edən tələbələr fəxri fərmanla və təşəkkürnamə ilə təltif olunub.Tədbir boyu qonaqlara Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı videomateriallar təqdim olunub və təhsil sahəsində, gənclər siyasətinin formalaşmasında gördüyü işlər nümayiş etdirilib.Tədbirin bədii hissəsində Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeirlər, mahnılar səsləndirilib.


Daha çox xəbər:
"Ulu Öndər Heydər Əliyev İrsin qorumaq lazımdır"-Şəhriyar Laçınov
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Çexiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri keçirilib - FOTO
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi Meksikada anılıb (FOTO)
Daxili işlər nazirliyində Ulu öndərin əziz xatirəsi yad edildi
Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB
Prezident "Facebook"da Heydər Əliyevə həsr edilmiş videoçarx PAYLAŞDI - VİDEO
Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO
Heydər Əliyevin paylaşımı HƏR KƏSİ ŞOKA SALDI - FOTO
