Cəmiyyət
00:54, 23 iyul 2024
42
0

MÜSTƏNTİQLƏR VƏ HAKİM, ƏMƏLLƏRİ İLƏ SÜBUTA EDİRLƏR Kİ, BU, ÖLÜMƏ CƏHD CİNAYƏTİ SİFARİŞLƏ YERİNƏ YETİRİLİB...



11 ay bundan əvvəl, 03.08.2023-cü il tarixdə, azyaşlı (16 yaş) nəvəmə qarşı törədilən cinayət əməlinin ibtidai istintaqı və bu günki məhkəmə prosesləri (şousu) bunu belə düşünməyə bizə əsas verir.
Belə ki, 11 ay bundan əvvəl, 03 avqust 2023-cü il tarixdə, azyaşlı (16 yaş) nəvəmə qarşı, tanışı (21 yaş) tərəfindən, aralarındakı mübahisəni həll etmək adı ilə gəlib, evimizin yanından, əvvəlcədən planlaşdırdığı, sifarişi güman olunan, məqsədli şəkildə, özünün müəyyənləşdirdiyi yerə getmək üçün söyüş söyüb, getməsinə məcbur qoyularaq aparılıb və ürək nahiyyəsi tərəfdən, 8 - 9 - cu və 5 - 6 -cı qabırğa arasından, daxilə nüfuz edən, insan həyatı üçün vacib oqran olan dalağ və mədəsini zədələyən çoxsaylı, 4 bıçaq xəsarətləri yetirilmişdi.
Bununla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsi, polis baş leytenantı Azər Aslanlı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 - ci maddəsi ilə cinayət işi başlamışdır. Təqsirləndirilən şəxs CM-nin 126.1 - ci maddəsi ilə təqsirli bilinərək həbs qətimkan tədbirinin seçilməsi üçün Binəqədi Rayon Məhkəməsi, hakim Zamiq Bağırov qarşısına çıxarılmışdır. Hakim Zamiq Bağırov ölümə cəhd etmiş təqsirləndirilən şəxs barədə həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxartmaqdansa, onu, ölkə prezidentinin 10.02 2017-ci il Sərəncamına istinad edərək, "ev dustaqlığı" qətimkan tədbiri seçmişdir.
Hansı ki, həmin Sərəncamda göstərilir ki, — "İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və AZ AĞIR, o cümlədən İQTİSADİ FƏALİYYƏT sahəsində CİNAYƏTLƏRƏ GÖRƏ ..."
Axı, CM-nin 126.1 - ci maddəsi nə, az ağırdı, nədə, iqtisadi fəaliyyət sahəsidir. Bəs onda hakim Zamiq Bağırov niyə 8 səhifəlik qərarının 6 səhifə yarımın Avropa ölkələrin məhkəmə təcrübəsindın sitat gətirərək, öz antidemokratik qərarına don geyindirməyə çalışıb...?
Bəyəm, istinad etdiyi ölkə başçısının Sərəncamı ona heç nə demir...?
Bəs onda, Avropa ölkələrinin məhkəmə təcrübəsinə istinad edən hakim Zamiq Bağırov, nədən və niyə, ölkənin Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli 3 saylı Qərarında məhkəmələrə edilən tövsiyəyələrə istinad edib, əməl etmir...?
Axı, həmin qərarda göstərilir ki, - "Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi(???) (TƏQSİRLƏNDİRİLƏN ŞƏXS 4 AYLIQ FASİLƏ İLƏ VERDİYİ İFADƏSİNDƏ GÖSTƏRİR Kİ, -"... bütün tanışlarla demişdim ki, onu (zərərçəkəni) harada görsələr mənə desinlər) məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu (ÜRƏK NAHİYYƏSİ TƏRƏFDƏN ÇOXSAYLI ) , aləti (NK-nin QƏRARI İLƏ SOYUQ SİLAH SAYILAN BIÇAQ), yetirilən bədən xəsarətlərinin sayı (4 BIÇAQ), xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana(DALAĞ və MƏDƏSİNİ ZƏDƏLƏNMƏSİ ) xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır."
Hətda, bu qərəzli qərarı bizdən 1 ay 22 gün gizlətdilər. Apellyasiya şikayətimizidə əlimizdən almağa çalışdılar. Amma, 1 ay 22 gündən sonra verdiyimiz apellyasiya şikayətinə hakimi Həsən Hüseyn oğlu Əhmədovun baxıb, Zamiq Bağırovun çıxardığı qərəzli qərarı qüvvədə saxladı.
Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında qərarda yazılır ;
-"İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda Apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir."
Yaxşı deyək ki, Ali Məhkəmənin Plenum qərarları tövsiyə xarakterlidir. Deyək onlar, tövsiyə ilə, istinad anlamırlar. Bəs onda Konstitusiya Məhkəməsinin qərarına niyə əməl etmirlər...?
—Konstitusiya Məhkəməsinin 12 may 2009-cu Pleniimun qərarın belə nəzərə almır.
— a) apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin NORMALARINA RİAYƏT EDİLMƏSİNİ hər bir halda, o cümlədən müvafiq olaraq apelyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə TƏLƏB İRƏLİ SÜRÜLMƏSƏ DƏ yoxlamalıdır;
İndi bunu necə başa düşək...?
Konstitusiya Məhkəməsinin ki, qərarı tövsiyə xarakterli deyil, QƏTİDİR.
Bəs onda niyə əməl edilməyib...?
Burada onuda vurğulayım ki, işə, prosessual rəhbərliyi həyata keçirən Binəqədi Rayon Prokuroru Fuad Məmmədov, onun təqdimatına qarşı çıxarılmış qərara qarşı protest vermir. Amma, əksinə, bizə təziq vasitəsi kimi, zərərçəkənin atasının 4 ay öncə, dəymiş ziyanın ödənilməsi, peşmançılıq hissinin, barışıq ərizəsinin və eləcə də, öhdəsində 4 azyaşlı uşaqın olmasına görə məhkəmə zalından azad olunan şəxsin cinayət işini yenilətdirib, protest verib, məhkəməni 2 aydan yuxarı (bizim barışığa gəlməyimizdən ötürü, barışığa getmədiyimizdən) uzatdırıb, nəticədə, 1 il 11 aylıq ev dustaqlığına məhkum etdirir.
Biz, bu işin, nəvəmə qarşı törədilən əməlin, ölümə cəhd olduğunu aidiyyatı qurumlara yazdıqdan sonra, guya ki, işi ağırlaşdırıblar adı ilə, bu iş CM-nin 126.2.4 və 221.3 maddəsilə dəyişdirilərək aparıldı. Hansı ki, biz, təqsirləndirilən şəxsin, CPM-nin 163-cü, "ev dustaqlığı" maddəsinin tələblərini pozan, sosial şəbəkə üzərindən paylaşımları sübut kimi Binəqədi Rayon Prokuroruna Baş Prokurorluq tərəfindən tapşırılandan sonra təqdim etdik. Prokuror Fuad Məmmədov isə, bir ay öncə, ikinci müstəntiq polis kapitanı Ramil Qabulovun, törədilən əməlin CM-nin 29 və eyni zamanda 120.2.4 - cü maddəsinə yox, həmin məcəllənin 126.2.4 və 221.3 maddəsinə tövsif edərək prokurora təqdimat yazanda, prokuror müstəntiqin üstünə əsəbləşib, - "bu nədi, özündən hoqqa çıxarırsan, burada xuliqanlıq var?"- deyib, müstəntiqin təqdimatın, öz qərarı ilə ləğv etmişdi.
Bu cinayət işi Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Ramil Qabulovdan alınıb Bakı Baş Polis İdarəsində, müstəntiq, polis kapitanı Mahmud Quliyevin icraatına veriləndən sonra, müstəntiq Mahmud Quliyev (özünün zəng edib, adını şahid kimi qeyd etdiyi qonşu Surxayın dediyinə görə) zəng edib, qonşuluqda yaşayan Surxaya, səni şahid kimi yazırıq, çağıranda gələrsən "- sözündən sonra təqsirləndirilənin ifadəsində, bizim əleyhimizə olmazın böhtanların yazmaq nə dərəcədə doğrudu və nəyə xidmət edir...?
Surxaya kişi isə deyir ki, mənim adımdan onu yazanlar qələt edir və başın daşa döyür...
İndi keçək, qərəzli, sifarişlə aparılmış ibtidai istintaqın guya yekunlaşdırıb Ağır Cinayətlər Məhkəməsinə göndərdikləri qeyri - obyektiv aparılmış işin məhkəmə prosesinə (şousuna)
Deməli, hakim Səbinə Məmmədzadə 300.2.2-nin əsaslılığını (və əsassızlığını) bu cür görüb və bilib ki, polis nəzarətinə verilmə müddətindən keçmiş, vaxtı bərpa etmək lazımdır...
300.2.3. qətimkan tədbiri məsələsinə dair qərar çıxarmaq.
Təxirə salınan ilk hazırlıq iclasından bir həftə əvvəl onlayn və eləcədə poçtla, sifarişli göndərdiyimiz vəsatətə hələ də niyə hüquqi qiymət verməyib...?
300.3. Bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə, həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır.
Bu pozuntular barədə vəsatətdə də yazmışıq. Birdə yazaram ;
1. Cinayət işinin içində olan, təqsirləndirilən şəxsin hadisə yerini göstərərək çəkilən şəkildəki yerlə, müstəntiqlərin təsvir etdiyi yer arasında 1(bir) kilometrdən yuxarı məsafə var ;
Həmin yerə qədər 3(üç) istinad olunası böyük obyekt var ;
Bütün bununla, təqsirləndirilən şəxsin bu işə əvvəlcədən hazırlaşdığını, məqsədli şəkildə gəlib evimizin yanından, getməsinə söyüşlə məcbur qoyulan zərərçəkənin, guya onun, təqsirləndirilən şəxsin iş yerinə getməsi fərziyyəsi yaradırlar.
İşin içində bundan başqa, saxtalaşdırılmış ekspert və həkim rəyləri var. Zərərçəkənin qarın nahiyəsində bir bıçaq cızığı olmadığı halda, "qarına nüfuz edən" bıçaq xəsarəti yazmaqla ölümə cəhdi gizlətməyə çalışırlar.
Bundan əlavə o qədər prosessual qanun pozuntusu ediblər ki, saymaqla qurtarmaz ;
2 . Hadisə yerinə gedən yol boyu TŞ, ev və obyektlərin kamera görüntülərin çıxarılmaması;
3 . Zərərçəkmişin maddi sübut sayılan, bıçaqın haradan vurulduğunu müəyyən etməmək və ekspertiza rəyinin alınmaması, bioloji təhlillərin aparılmaması, ən əsas bıçaqın dəyişdirilməsinə zəmin yaratmaq üçün, xəstəxanada əynindən çıxarılan paltarının itirilməsi;
4 . Hadisədə istifadə olunan soyuq silah sayılan bıçaqın 6 ay tanınmasını şahidlər arasında, hər iki tərəfi ağ varaqla örtülmüş şəkillə aparılması;
Bunu istər cinayət işinin içindəki protokollarda və ittiham aktında açıq görmək olar. Çünki, hadisə olan gecə 03.08.2023-cü il tarixdə nəvələrim tərəfindən polisə təhvil verilən, müstəntiq Ramil Qabulov tərəfindən 29.01.2024-cü ildə maddi sübut kimi sənədləşdirib işə əlavə etdiyi maddi sübut bıçaq, bu vaxta qədər harada olub...?
O müddətdə aparılan tanınma protollarının hüquqi əhəmiyyəti nə qədərdir, yəni varmı...?
5 . Hadisədə istifadə olunan əsas bıçaqın işin içindən çıxarılması, yox edilməsi, yəni dəyişdirilməsi ;
6 . Sonradan ortaya çıxarılan, tanınmaya təqdim olunan bıçaqın, təqsirləndirilən şəxsin əlindən alıb kənara atan və onu kənara atılmış yerdən götürüb evə gətirən, 2 saata yaxın özlərində saxlayıb, sonradan polisə təhvil verən, şahidlərlə bıçaqın tanınması istintaqının aparılmaması;
Çünki onlar, tanınmaya çağırıldığı vaxtı, elə müstəntiqin otağında, müstəntiq Mahmud Quliyevə bildirdilər ki, hadisədə istifadə olunan bıçaqıda kəmərə keçirmə sancaq (qarmaq) yox idi. Müstəntiqin tanınmaya təqdim etməyə hazırlaşdığı bıçada isə, kəmərə keçirilən sancaq (qarmaq) var idi. Bunu eşidən müstəntiq, tanınma istintaqın həmin şahidlərlə aparmadı.
7 . Amma, hər vəchlə bu işdən kənar saxlanılan, ölümə cəhdi sifariş etməsi güman olunan şəxslə, bıçaqın tanınması hərəkətinin aparılması;
Axı, həmin şəxs bıçaqı bizim uşaqlardan kağızın içində alıb, polisə təqdim etmək üçün, özüdə gecə saatlarında. Lakin, elə həmin an, bizim uşaqlar bıçaqı ondan alıb, özləri polisə təhvil verib. Bu, cəmi bir neçə saniyəlik olub. Yəqin ki, bir neçə saniyyəlikdə maddi-sübutun əlamətlərini yadda saxlamaq, 2 saata yaxın özlərində saxlayanlardan az olar.
8 . Təqsirləndirilən şəxslə şahidlər arasında heç bir üzləşmə aparılmadığı halda, ittiham aktında bunun edilməsinə dair protokol tərtib edib işə əlavə edilməsi;
Turan Beybudovla, Əhməd Beybudovla və Əliheydər Sərxanlı ilə təqsirləndirilən şəxsin üzləşməsi olmayıb.
9 . İşin obyektiv aparılması üçün tərəfimizdən verilən vəsatətlərin tutarlı, heç bir əsas gətirmədən təmin olunmaması;
10 . Bir çox üzləşmələrin aparılmaması, aparılan üzləşmələrin də tamamlanmaması. Yəni, müstəntiqin tərtib etdiyi İTTİHAM aktındakı kimi, - "üzünə dedi" - yazıb, yekun nəticəyə gəlməməsi ;
300.4. Məhkəmənin hazırlıq iclasında qəbul edilmiş qərarların surətləri qəbul edildikdən sonra 3 (üç) gün müddətində aşağıdakı şəxslərə verilir (poçtla göndərilir):
Niyə, bu maddələrin tələbləri hakim tərəfindən yerinə yetirilməyir...?
Yəqin ki, keçən müddətdə 10 (on) dənə, 3 (üç) gün olar.
Bəlkə gedib, ünvanımıza, poçtdan, qanunda göstərilənlərə uyğun, guya göndərilməsi barədə möhürlü qəbz alıb işin içinə tikiblər...?
300.5. Bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. (1,14)
Axı, niyə, bizim digər (müraciət və şikayət etmək) hüquqlarımız əlimizdən alınır...?
Nə var, nə var bir uşaq deyib ki, - "onu qoymayacam tutulmağa". "3 il təqsirləndirilən iş alacaq, 1 il də zərəçəkən" - deyimi, indi burada, məhkəmədə icra edilir...?
Bir uşağın sifarişi ilə, bu boyda dövlətin bütün qanunların ayaqlar altına atıb tapdalatdırmaq, hüquq anlayışına, ədalətəinə tüpürtdürtmək bu dövlətin imicinə xələl gətirmir...?
Ədalət mühakiməsini, qərəzli, sifarişlə aparılmış bir istintaqın yedəyinə bağlayıb, qeyri-obyektiv aparılmış işi təsdiqlətdirmək nə dərəcədə doğrudu...?
BÜTÜN BUNLAR ONU GÖSTƏRİR Kİ, 11 AY, QEYRİ-OBYEKTİV İBTİDAİ İSTİNTAQI APARILAN, BU GÜN İSƏ MƏHKƏMƏSİ KEÇİRİLƏN İŞDƏ HAKİMİN, ONA VERİLƏN TƏRİFNAMƏLƏRDƏN SONRA, MƏNƏ 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ İŞTİRAKI BARƏDƏ ARAYIŞ LAZIMDIR DEMƏSİ, SİFARİŞ OLUNAN CİNAYƏTİN, SİFARİŞLƏ YEKUNLAŞDIRILMASI DEMƏKDİR...

ELXAS COMƏRD
Zərərçəkənin babası, qanuni nümayəndəsi.
Digər xəbərlər: